Motosiklet və moped sürücülərinin iştirakı ilə 46 qəza olub 16 nəfər...
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Cari ilin 11 ayı ərzində respublika üzrə motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 46 yol-nəqliyyat hadisəsi olub, 16 həyatını itirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, sözügedən qəzalarda 34 nəfər xəsarət alıb.
Bundan başqa, məlumat verilib ki, son on beş gün ərzində Neftçala, Şəki, Zaqatala, Kürdəmir rayonları ərazisində motosiklet və moped sürücülərinin iştirakı ilə qeydə alınan 5 yol qəzasında 4 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə müraciət edərək onları təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə, küləkli, yağmurlu havalarda xüsusilə ehtiyatlı olmağa, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükə atmamağa çağırır!",- deyə məlumatda qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 07 Dekabr 2024 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















