Motosikletlə qəzaya düşdülər Ata öldü, qızı və nəvələri yaralandı
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub.
Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:75
Bu xəbər 23 Noyabr 2024 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















