Mourinyo: “Arda Gülər oynasaydı, bizə 5 qol vurardılar”
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Real Madrid”in baş məşqçisi Joze Mourinyo Arda Gülər və Bernardo Silvanın "Roma” ilə matçda ehtiyatda qalmasının səbəbini açıqlayıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Çempionlar Liqasının III turunda "Leypsiq”lə oyun öncəsi keçirilən mətbuat konfransında futbolçuların meydandakı mövqeləri və komandanın taktiki balansı barədə danışıb.
Mourinyo bildirib ki, Arda Gülər və Bernardo Silva kimi futbolçular fərqli mövqelərdə oynamaq bacarığına malik olsalar da, onların eyni vaxtda meydana çıxması komandanın müdafiə balansına təsir edə bilər.
"Roma” ilə oyunda hər iki futbolçuya start heyətində yer versəydik, bizə beş qol vurardılar. Çünki bunu qarşılamaq gücümüz yox idi. Bəzən haqlı çıxıram”, – deyə Mourinyo bildirib.
Baş məşqçi heyət seçimi zamanı əsas məqsədinin komanda üçün ən yaxşı taktiki uyğunluğu və balansı tapmaq olduğunu vurğulayıb.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Oktyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















