Mourinyo Arsenal ın hücumçusunu Fənərbaxça ya keçməyə razı salıb
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Arsenal"ın vingeri Leandro Trossard baş məşqçi Joze Mourinyo ilə danışdıqdan sonra "Fənərbağça"ya keçməyə razılaşıb. Sport24.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 30 yaşlı futbolçu London klubunun əsas heyətində yer ala bilməyəcəyini başa düşür və bu üzdən "topçular"ı tərk etmək qərarına gəlib.
Trossardın potensial transferinin bonuslar da nəzərə alınmaqla 17 milyon funt sterlinq (19,5 milyon avro) qiymətləndirildiyi vurğulanır. Belçikalının türk nəhəngində maaşı da xeyli arta bilər.
Qeyd edək ki, Trossard 2023-cü ilin yanvarından "Arsenal"da çıxış edir. Hücumçu ötən mövsüm bütün turnirlərdə 56 matçda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 13 İyul 2025 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















