Mourinyo El Klasikodan sonra istefaya göndəriləcək?
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliyalı baş məşqçi Joze Mourinyunun İspaniyanın “Real Madrid” klubundakı gələcəyi sual altına düşüb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi təcrübəli mütəxəssisin fəaliyyətindən və komandanın oyunundan narazıdır.
Yayda komandaya yeni futbolçuların cəlb olunmasına əhəmiyyətli vəsait xərclənsə də, gözlənilən irəliləyiş əldə edilməyib. Xüsusilə komandanın oyun keyfiyyəti və baş məşqçinin heyətlə bağlı bəzi qərarları tənqid olunur.
Bununla belə, futbolçuların Mourinyuya dəstək verdiyi bildirilir. Hazırda onun istefaya göndərilməsi ilə bağlı yekun qərar qəbul edilməyib. Lakin qarşıdakı matçlarda nəticələr yaxşılaşmasa, vəziyyət dəyişə bilər. Baş məşqçinin gələcəyinə təsir edə biləcək qarşılaşmalar oktyabrın 21-də Çempionlar Liqasında Almaniyanın “Leypsiq” komandasına və oktyabrın 26-da La Liqada “Barselona”ya qarşı oyunlardır.
Məlumata əsasən, Madrid klubunun prezidenti Florentino Peres mümkün əvəzləyici kimi Fransa millisinin sabiq baş məşqçisi Didye Deşamı nəzərdən keçirir. Deşam 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olub, 2022-ci ildə isə komandanı mundialın finalına çıxarıb.
Qeyd edək ki, Mourinyo 2026-cı ilin yayında “Real Madrid”ə qayıdaraq 3 illik müqavilə imzalayıb. O, daha əvvəl 2010–2013-cü illərdə Madrid klubuna rəhbərlik edib və komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. Hazırda “Real Madrid” La Liqada 9 oyundan sonra 21 xalla üçüncü pillədə qərarlaşıb.
Bizim.Media
Baxış sayı:89
Bu xəbər 20 Oktyabr 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















