Icma.az
close
up
RU
Mourinyo futbolçulardan daha çox vərəqə alıb!

Mourinyo futbolçulardan daha çox vərəqə alıb!

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

“Fənərbaxça” camiəsində son aylarda Joze Mourinyoya etimad artmışdısa, derbidəki məğlubiyyətdən sonra ünlü portuqaliyalı məşqçi yenə tənqid obyektinə çevrildi.
Əslində psixoloji üstünlüyə yiyələnmək üçün “Fənər”in əlinə çox gözəl fürsət düşmüşdü. Çünki ötən tur “Beşiktaş”a uduzan “Qalatasaray”ın bu həftəsonu oyunu yoxdu. “Fənər” əzəli rəqibini kubokda yendikdən sonra həftəsonu “Trabzonspor”u da məğlub edərək xal fərqini 3-ə endirməyi planlaşdırırdı. Ancaq bu mövsüm evdə ikinci dəfə “Qalatasaray” önündə yaşanan məğlubiyyət həm komandanın, həm də Mourinyonun nüfuzuna ciddi zərbə vurdu. Aprelin 2-də, yəni oyun günü həm də başqan Əli Koç 58-ci doğum gününü qeyd edirdi. Şəxsi işləri ilə bağlı Amerikada olan Koç doğum günü hədiyyəsi kimi derbidə qələbə gözləsə də, komandası onun ümidlərini doğrultmadı.
Türkiyə mətbuatının iddiasına görə, matçın ardından yönəticilər bir toplantı keçirdilər. Komandanın son durumu və hədəflərinin müzakirə olunduğu toplantıya ABŞ-dan canlı yayınla Əli Koç da qatıldı. İddialara inansaq, son məğlubiyyət Koçun da Mourinyoya dəstəyinin azalmasına səbəb olub. Halbuki başqan mövsüm bitmədən bu məşqçi ilə yeni müqavilə imzalamaq istəyirdi.
Bu mövsüm İstanbul nəhənglərinə qarşı keçirdiyi 4 rəsmi oyunun hamısında qələbəyə həsrət qalan (1 heç-heçə, 3 məğlubiyyət) Mourinyonun intizamsızlığı isə Okan Burukun burnunu sıxması ilə yenidən müzakirə mövzusuna çevrilib. ÇL-in ikiqat qalibi olan bu məşqçi hələ ki Türkiyə futbolundan baş çıxara bilmir. Həmkarının burnunu sıxmaqla qırmızı vərəqə alan Mourinyoya ya 1-3, ya da 5-10 oyunluq cəza veriləcək. Maraq üçün bildirək ki, portuqaliyalı məşqçi bu mövsüm 8-ci dəfə vərəqə gördü. Bunların 6-sı sarı, 2-si qırmızı vərəqədi.
Ən maraqlısı odu ki, “Fənərbaxça”da bu mövsüm heyətdə yer alan futbolçulardan heç biri (!) Mourinyo qədər cəzalanmayıb. Əslində bu, çılğın xarakteri ilə tanınan 62 yaşlı mütəxəssis üçün yeni durum deyil. O, əvvəlki klublarında da həmişə hakimlərlə mübahisə edən və tez-tez cəzalanan məşqçi kimi tanınırdı. Türkiyəyə gəlməmiş İtaliyada işləyən Mourinyo “Roma”nı çalışdırdığı 2,5 il ərzində 14-ü sarı, 6-sı qırmızı olmaqla ümumilikdə 20 vərəqə görmüşdü. Onun bir mövsümdə şəxsi rekordu 10 vərəqədi (2022/23). Yəni Mourinyo bu mövsümün sonuna qədər daha 3 dəfə vərəqə alsa, şəxsi rekordunu yeniləyəcək.
Sonda qeyd edək ki, Mourinyo Dorival Junior ilə yollarını ayıran Braziliya yığmasının başına keçməyə namizəd olan 4 məşqçidən biridi. Bunu braziliyalı jurnalist Abdre Rizek açıqlayıb. Digər isimlər Jorje Jezuş, Karlo Ançelotti və Abel Ferreyradı.
Bu məşqçilər arasında ən real namizəd daha öncə Braziliyada çalışdığı üçün bu ölkəni yaxından tanıyan və yayda “Əl-Hilal”dan ayrılacağı gözlənilən Jorje Jezuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Aprel 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri