Icma.az
close
up
RU
Mourinyo indi də Benfika da aləmi qarışdırdı

Mourinyo indi də Benfika da aləmi qarışdırdı

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

''Fənərbaxça'' ilə çempion ola bilmədikdən sonra özündən başqa hər kəsi günahlandıran və aləmi bir-birinə qataraq Türkiyədən az qala qaçmaq məcburiyyətində qalan Joze Mourinyo indi də eyni şeyləri ''Benfika''da təkrarlayır.

"Football-plus.az" xəbər verir ki, Lissabon nəhəngi bu mövsüm hələ uduzmayıb və aparıcı liqalarda məğlubiyyət acısı yaşamayan yeganə klubdu. Buna baxmayaraq ''qartallar'' demək olar, çempionluq şansını itiriblər. Son turda autsayder ''Kaza Piya'' ilə 1:1 bərabərə qalan ''Benfika'' liderə yaxınlaşmaq fürsətini əldən verdi. 3-cü pillədə qərarlaşan Mourinyonun komandası sona 6 tur qalmış ''Portu''dan 7 xal geri qalır.
Portuqaliya mətbuatında yayılan iddialara görə meneceri Xorxe Mendeş Mourinyonun ''Benfika''da qalmasını istəmir. Ünlü mütəxəssis son matçın ardından baş tutan mətbuat konfransında bu məsələyə münasibət bildirib. Mourinyo eyni zamanda çempionluq şansını itirdiklərini bildirərək futbolçular haqda gündəmə düşən ifadələr işlədib:

''Matçın gedişində bununla bağlı nəsə bir şey baş veribsə, bundan xəbərim yoxdu. Amma Xorxe Mendeş mənim menecerim olsa da, gələcəyimlə bağlı qərarları özüm qəbul edirəm. Mənim qərarım isə ''Benfika''da davam etməkdi. Çempionluq üçün cüzi şansımız var idisə, onu da itirdik. Eyni zamanda ikinci pillə üçün də taleyimiz öz əlimizdə deyil. Bu nəticə üzündən çox şey itirdik. Heyətimizdə elə futbolçular var ki, artıq onları görmək istəmirəm. Eyni zamanda onların oynamalarını da istəmirəm. Amma onlar klubumuzun bir parçasıdı. Onların satılmalarını istəsəm belə, dəyərlərinin aşağı düşməmələri üçün yenə də oynatmalıyam. Onları meydana buraxsam, sonradan satmaq daha asan olacaq''.


Qeyd edək ki, Mourinyonun ''Benfika'' ilə 2027-yə qədər müqaviləsi var. Ancaq müqavilədə bu yaya aid xüsusi maddə var. Həmin maddəyə əsasən ''Benfika''nın bu yay təzminatın yarısını ödəyərək onunla yollarını ayırmaq hüququ var.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Aprel 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see334

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see296

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see287

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see286

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see278

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see272

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see268

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see258

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see237

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see235

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see229

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri