Mourinyo: Mən hakimi sevmirəm, o da məni
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Bayer"ə məğlub olduqları matçdan (0:1) danışıb.
QOL.az "Record"a istinadən xəbər verir ki, mütəxəssis görüşün baş hakimi Simeone Sozzadan narazı qaldığını bildirib:
“Hakim haqqında çox danışmaq istəmirəm. Mən çox etiraz etməyi sevmirəm. Amma meydanda olanlar qeyri-idman davranışlar idi... Mən adətən deyirəm ki, bir komanda həddindən artıq qeyri-idman hərəkətləri edəndə günahkar yalnız bir nəfər olur – hakim.
Məğlubiyyətə görə hamımız məsuliyyət daşıyırıq. Amma oyunda bu iyrənc səhvlərə yol verənlər isə günahkardırlar. Hakimi tanıyıram. Bilirəm ki, o, məni sevmir. Mən də onu. Amma hakimə görə uduzduğumuzu düşünmürəm. Biz qol vurmadığımız üçün məğlub olduq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Noyabr 2025 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















