Mourinyo oyun öncəsi emosiyaları barədə: “Ferqyuson deyirdi ki, gərginlik sona qədər qalır”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Joze Mourinyo bildirib ki, onun oyunöncəsi duyğuları 10 il ərzində dəyişməyib.
İdman.biz bildirir ki, sentyabrın 30-da Mourinyonun rəhbərliyi altında “Benfika” Çempionlar Liqasının ikinci turunda “Çelsi” ilə qarşılaşacaq.
“Əgər bir gün səhər tezdən oyandığımda işə getmək məni daha az sevindirəcəksə, qalibiyyətdən daha az həzz almağa və ya məğlubiyyət acısını hiss etməməyə başlasam, bu, mənim üçün “dayan” işarəsi olacaq.
Mən Madrid klubunu, Ser Aleks Ferqyuson isə “Mançester Yunayted”i çalışdırarkən Çempionlar Liqasında “Mançester Yunayted” - “Real” matçını xatırlayıram. Oyundan əvvəl onun kabinetində idim və soruşdum: "Ser Aleks, vacib oyundan əvvəl hiss etdiyimiz gərginlik və adrenalin nə vaxtsa dəyişəcəkmi?" O, cavab verdi: “Xeyr, heç vaxt. Onlar axıra qədər qalır”.
O vaxtdan on ildən çox vaxt keçib və hisslərim dəyişməyib”, – deyə “Benfika”nın baş məşqçisi bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Sentyabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















