Mourinyo Real ın transfer hədəfini bəyənib Klub 100 milyon avro ödəyə bilər
Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Madrid "Real"ının baş məşqçisi Joze Mourinyo "Leypsiq"in cinah hücumçusu Yan Diomandenin transferini klubun əsas hədəfi kimi dəstəkləyib.
BAKU.WS xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis rəhbərliyə hücum xəttinə daha çox sürət və yeni nəfəs gətirmək istədiyini bildirib.
Daha əvvəl "Bild" 19 yaşlı futbolçu üçün "Real"ın 100 milyon avro ödəməyə hazır olduğunu yazıb. Diomande ötən mövsüm bütün turnirlərdə 36 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Leypsiq"lə müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt isə futbolçunun bazar dəyərini 90 milyon avro qiymətləndirir.
Baxış sayı:149
Bu xəbər 25 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















