Mourinyo və Benfika nın futbolçuları virusa yoluxublar
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Benfika" Portuqaliya premyer liqasında "Portu" ilə matçdan əvvəl böyük problemlərlə üzləşib.
Oxu.Az "A Bola"ya istinadən xəbər verir ki, baş məşqçi Joze Mourinyo da daxil olmaqla bir neçə futbolçu və məşqçi heyəti virusa yoluxub.
Premyer Liqanın reqlamentinə əsasən, komandalardan biri oyun üçün qapıçı da daxil olmaqla minimum 13 oyunçunu qeydiyyatdan keçirə bilmədikdə matç təxirə salına bilər. Oyunçuların xəstəliyi isə Portuqaliya səhiyyə orqanları tərəfindən təsdiqlənməlidir.
Bildirilib ki, "Benfika" rəhbərliyi hazırda matçı təxirə salmağı düşünmür. Lissabon klubu cari vəziyyəti o qədər də ciddi hesab etmir.
Xatırladaq ki, "Benfika"nın 17 xalı var və klub turnir cədvəlində üçüncüdür. "Portu" isə 21 xalla liqaya başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 04 Oktyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















