Mourinyodan Türkiyə futboluna Avropa finalları atmacası
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Süperliqasının 37-ci turunda “Fənərbaxça” səfərdə “Hatayspor”a 2:4 hesabı ilə uduzub.
QOL.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo bildirib: “İkinci hissə bizim və oyunçular üçün çətin keçdi. Bu ağır bir məğlubiyyət oldu”.
Bir jurnalistin “Porto” ilə qazandığınız Çempionlar Liqası çempionluğunun ildönümüdür və uzun illərdir Çempionlar Liqasında yoxsunuz. Bu gün ağır məğlubiyyət aldınız. Bu məğlubiyyət klubla münasibətinizə zərər vura bilərmi?” sualına cavab olaraq portuqaliyalı mütəxəssis bildirib ki, son 7 ildə Avropada 2 final oynayıb.
Bu zaman 62 yaşlı mütəxəssis Türkiyə futboluna atmaca da atıb.
“Son 7 ildə Avropada türk futbol tarixinin ümumilikdə gördüyündən daha çox final oynamışam,” – deyə Mourinyo bildirib.
O, sözlərinə belə davam edib:
“Porto” ilə qazandığım o çempionluğun üzərindən 20-21 il keçib. Amma bu son 7 ildə də Avropada finallar oynamışam. Əslində “Fənərbaxça” ilə də ötən yay Çempionlar Liqasına düşmək uğrunda mübarizə apardıq. Bunu sınadıq, amma ötən yay bizim üçün çətin keçdi. Çünki Avropa çempionatında iştirak edən və komandaya gec qoşulan oyunçular vardı. Hər zaman olduğu kimi, əslində türk klubları üçün erkən transfer etmək çətin olur. Buna görə biz də bu çətinliklərlə mübarizə apardıq. Amma ötən yay penaltilərlə Çempionlar Liqasına düşmək uğrunda yarışdıq. 120-ci dəqiqədə buraxdığımız penalti qolu ilə uduzduq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 May 2025 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















