Mourinyonun istədiyi ulduz futbolçu bilindi Özü danışıqlar aparır
Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Fənərbaxça” “Mançester Siti”nin futbolçusu Mateo Kovaçiçi transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, transferin həyata keçirilməsi üçün Joze Mourinyo özü də hərəkətə keçib. “SporX”də dərc edilən xəbərə görə, Joze Mourinyo futbolçu ilə görüşüb və onu “Fənərbaxça”ya dəvət edib. Bildirilir ki, məşqçi yeni mövsümdə futbolçunun “Fənərbaxça” ilə müqavilə bağlamasını istəyib. Türkiyə klubunun futbolçuya iki illik müqavilə təklif etdiyi irəli sürülüb.
Qeyd edək ki, Mateo Kovaçiçin xidmətində “Atletiko Madrid” klubunun da maraqlı olduğu bildirilir. Mateo Kovaçiç bu mövsüm 32 matçda iştirak edib və 5 qol və 1 məhsuldar ötürmə ilə töhfə verib. “Mançester Siti”nin mövsümün sonunda Mateo Kovaçiçi heyətdən göndərmək istədiyi iddia edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Fevral 2025 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















