Icma.az
close
up
RU
Mourinyonun köməyinə qapıçı çatdı

Mourinyonun köməyinə qapıçı çatdı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Yanvarın 28-də Çempionlar Liqasında liqa mərhələsinin sonuncu - 8-ci turunun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, 1/8 finala birbaşa vəsiqə qzanan komandalar “Arsenal”, “Bavariya”, “Liverpul”, “Tottenhem”, “Barselona”, “Çelsi”, “Sportinq” və “Mançester Siti” oldu. “Qarabağ” qarışıq daha 16 komanda isə pley-offda oynayacaq. Növbəti mərhələyə adlayan 24 komandadan altısının İngiltərə təmsilçisi olması maraqlı məqamdı.
Bu gün Bakı vaxtı ilə saat 15.00-da başlayacaq püşkatmada pley-off cütləri müəyyənləşəcək. Liqa mərhələsini 9-10-cu yerdə bitirənlər pley-offda 23-24-cü, 11-12-ci yerdə bitirənlər 21-22-ci, 13-14-cü yerdə bitirənlər 19-20-ci, 15-16-cı yerdə bitirənlər 17-c-18-ci komandalarla qarşılaşacaq. Bu isə o deməkdi ki, “Qarabağ”ın bəxtinə ya PSJ, ya da “Nyukasl” düşəcək. Liqa mərhələsini 9-16-cı yerlərdə bitirənlər pley-offun cavab görüşünü öz meydanında keçirəcək. Pley-offun ilk oyunları fevralın 17-18-nə, cavab görüşləri 24-25-nə nəzərdə tutulub.
“Arsenal” ÇL tarixinə liqa mərhələsinin 8 oyununun hamısında qələbə qazanan ilk komanda kimi düşdü. Buna qədər ilk “24-lüy”ə düşməklə bağlı hətta nəzəri şansını da itirən “Kayrat” Londonda “topçular”a layiqincə müqavimət göstərsə də, uduzdu. Maraqlıdı ki, “Arsenal” bu oyunda bütün əvvəlki görüşlərdəki qədər top buraxdı. Artıq 2-ci dəqiqədə Dyökereş hesabı açsa sa, tezliklə Jorjinyo özü qazandığı penaltini qola çevirməklə hesaba tarazlıq gətirdi. Heç-hecə hesabı uzun müddət qorunmadı – 15-ci dəqiqədə Haverts məhsuldar ötürməyə qol da əlavə etdi. Fasiləyə yaxın Martinelli 3-cü qolu da vurdu. “Topçular” 2-ci hissədə də hücumları davam etdirdi, ancaq ümumilikdə 8 seyv edən Anarberkov etibarlı oynadı. Son saniyədə Rikardinyo meydan sahiblərini məyus etdi. Ancaq qonaqların bundan artığına gücü çatmadı. “Arsenal” həm də ÇL-in ən məhsuldar komandası oldu.
PSJ və “Nyukasl” şəxsi duel ərəfəsində 1/8 finala birbaşa düşürdü. Ancaq hər biri anlayırdı ki, 13, hətta 14 xal mövqeyi qorumaq üçün bəs etməyə bilər. Bu üzdən tərəflər qələbəyə can atırdı. PSJ oyuna daha fəal başladı və bunun nəticəsi kimi erkən penalti qazandı. Ancaq Dembele imkanı qaçırdı. Ardından Vitinya parislilərin irəli çıxardı. Bununla belə, hissənin sonunda Uillok hesabı bərabərləşdirdi. Meydan sahibləri fasilədən sonra da təşəbbüsə malik olsalar da, “Nyukasl” hesabın dəyişməsinə imkan vermədi. 1:1 bu komandaları 1/8 final zonasından kənarda saxladı.
“Monako” – “Yuventus” oyununda mümkün heç-heçə tərəfləi pley-off zonasında saxlayacaqdı. Bu məqam bütövlükdə oyunun axarını müəyyənləşdirdi. Rəqiblər qol buraxmamağı daha çox düşünürdü, nəinki vurmağı. 2-ci hissədə, ümumiyyətlə, təhlükəli vəziyyətlərin sayı az oldu. Paralel oyunları izləyən hər iki baş məşqçi heç-heçəni qorumağa üstünlük verdi.
Pley-off ümidini itirməyən “Napoli” ilk “8-lik”də qərarlaşan “Çelsi”ni qəbul etdi. Topa daha çox nəzarət edən “zadəganlar” 19-cu dəqiqədə penalti qolu ilə hesabı açdı. ÇL-də 32-ci dəfə “nöqtə”ni göstərən Türpen turnirin rekordçusudu. Amma “Napoli” hissənin sonuna qədər nəinki hesabı bərabərləşdirdi, hətta irəli çıxdı. Rosenyorun 2-ci hissədə meydana buraxdığı Palmer Pedroya məhsuldar ötürmə verməklə hesabın bərabərləşməsində önəmli rol oynadı. Heç-heçə komandalardan heç birini razı salmırdı. Konte vəziyyəti dəyişmək üçün Lukakunu oyuna qoşsa da, qolu yenə londonlular vurdu: yenə Pedro Palmerin ötürməsindən yararlandı. Qələbə qazanan “Çelsi” birbaşa 1/8 finala adladı.
“Borussiya” ilə “İnter” Dortmundda üz-üzə gəldi. Hər iki komandanın ilk “8-liy”ə düşmək üçün nəzəri şansı var idi, ancaq heç biri də belə ssenariyə inanmırdı. İlk təhlükəli vəziyyəti “sarılar” yaratdı. Zommerlə üzbəüz qalan Girassi özünü necə itirdisə, topu düz qapıçının üzərinə vurdu. Fasiləyə yaxın milanlılar bir neçə təhlükəli vəziyyətlə yadda qaldı. 2-ci hissəyə dortmundlular daha fəal başlasa da, qol imkanlarının sayı çox deyildi. Nəhayət, 81-ci dəqiqədə hesab açıldı. Mxitaryanın qazandığı cərimə zərbəsini Dimarko qola çevirdi. Hesabı bərabərlışdirmək üçün irəli atılan meydan sahibləri uzatma dəqiqələrində növbəti dəfə cəzalandı. Sonradan oyuna qoşulan Diuf komandasının 2-ci qolunu vurdu. Ancaq bu qələbə “İnter”ə 1/8 finala birbaşa vəsiqə qazandırmadı. Elə “Borussiya” da 17-ci yerin sahibi kimi pley-offda oynayacaq.
Gecənin ən maraqlı oyunlarından biri Lissabonda keçirildi. Pley-offa vəsiqə uğrunda mübarizəni davam etdirən “Benfika” “Real”ı məğlub etməklə yanaşı, paralal oyunların nəticəsini də gözləyirdi. Madridlilər də öz növbəsində 1/8 finala birbaşa çıxmağa ümid bəsləyirdi. Yarım saatın tamamında Mbappe “Real”ı bu hədəfə çox yaxınlaşdırdı. Ancaq “Benfika” Şelderupun sayəsində dərhal hesabı bərabərləşdirdi. Hissənin sonunda isə “qartallar” irəli çıxdı: Pavlidis Çuameninin Otamendiyə qarşı kobudluğuna görə təyin olunan penaltini boşa vermədi. Mourinyonun komandası bununla kifayətlənmədi, 2-ci hissənin əvvəlində fərqi artırdı. Şelderup dubl etdi. Ancaq meydan sahibləri yenə qola ehtiyac duyurdu. Qol vuruldu, sadəcə, bu dəfə “Benfika”nın qapısına. Sonluq inanılmaz dərəcədə dramatik alındı. Hər iki komanda vəzifənin öhdəsindən gəlmək üçün qol vurmalıydı, bu üzdən hücum haqda düşünməkdən başqa yol yox idi. Uzatma dəqiqələrində “Real”ın problemləri başladı. Asensio və Rodriqo meydandan qovulduğundan madridlilər 9 nəfərlə qaldı. Belədə lissabonlular say üstünlüyündən yararlandı. 90+8-ci dəqiqədə rəqib qapısına cərimə zərbəsi təyin olunanda Mourinyo Trubini də cərimə meydançasına göndərdi. Və ukraynalı qapıçı Kurtuanı baş zərbəsi ilə məyus etməklə “Benfika”nı pley-offa çıxardı! “Real” isə məhz bu məğlubiyyət üzündən ilk “8-liy”i tərk etdi. Maraqlıdı ki, “Benfika” ilə “Real”ın pley-offda qarşılaşmaq ehtimalı da var.
Məhz Trubinin möcüzəvi qolu olmasaydı, “Mançester Siti” “Qalatasaray” üzərində qələbəyə rəğmən, 1/8 finaldan kənarda qalacaqdı. Qvardiolanın komandası 16 xalla 8-ci yeri tutdu. “Etihad”dakı oyunun taleyini ilk yarım saatsa sol vinger Dokyu həll etdi. Məhz belçikalının ötürmələrindən sonra Holann ilə Şerki türklərin qapısına yol tapdı. 2-ci hissədə hər iki komanda bir neçə qol vəziyyətini boşa verdi. Hər halda, “Qalatasaray” da 20-ci yerin sahibi kimi pley-offa adladı.
“Kopenhagen”i qəbul edən “Barselona” Dadasonun erkən qolundan şoka düşsə də, fasilədən sonra ayıldı. Yamalın müstəsna fəallığı sayəsində. Onun keçidindən sonra Levandovski hesabı bərabərləşdirdi. Ardından məhz Yamal hesabı komandasının xeyrinə dəyişdi, onun daha bir ötürməsi isə qonaqların qapısına penalti təyin olunmasıyla nəticələndi. Rafinyanın vurduğu 4-cü qol isə “nəzarət atəşi” idi. “Barsa” əzəli rəqibi “Real”dan fərqli ilk 8 komanda arasına düşməyi bacardı.
liqa mərhələsi, 8-ci tur
Arsenal – Kayrat 3:2 (3:1)

Arsenal (London, İngiltərə): Kepa, Uayt, Moskera, Kalafyori (İnkapye, 46), Lüis-Skelli, Nerqor (İbrahim, 89), Haverts (Edeqor, 46), Eze, Madueke, Dyökereş (Q.Jezus, 77), Martinelli (Beyli-Cozef, 77).
Kayrat (Almatı, Qazaxıstan): Anarbekov, Tapalov (Rikardinyo, 59), Şirabokov, Martınoviç, Sorokin, Mata (Kurqin, 70), Qleyzer (Kasabulat, 70), Sadıbekov, Mrınski, Santos (Qromıko, 59), Jorjinyo (Baqdat, 79).
Qollar: Dyökereş, 3 (1:0). Jorjinyo, 7-p. (1:1). Haverts, 15 (2:1). Martinelli, 36 (3:1). Rikardinyo, 90 (3:2).
Vərəqələr: Kalafyori, 6. Jorjinyo, 69 – sarı.
Hakim: Urs Şnayder (İsveçrə).
28 yanvar. London. 50200 tamaşaçı.
PSJ – Nyukasl 1:1 (1:1)
PSJ (Fransa): Safonov, Hakimi, Markinyos, Paço, Mendeş, Zair-Emeri (Mayulu, 87), Vitinya, Neveş (Mbaye, 87), Kvaratsxeliya (Due, 22), Dembele, Barkolya (Ramuş, 70).
Nyukasl (İngiltərə): Poup, Mayli, Tiav, Botman, Bern, Holl, Remsi, Tonali, Elanqa (Qordon, 67), Voltemade (Vissa, 79), Uillok (Barns, 68).
Qollar: Vitinya, 8 (1:0). Uillok, 45+2 (1:1).
Dembele 4-cü dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqə: Elanqa, 20 – sarı.
Hakim: Slavko Vinçiç (Sloveniya).
28 yanvar. Paris. 47637 tamaşaçı.
Monako – Yuventus 0:0
Monako (Fransa): Kön, Vanderson, Teze, Kerer, K.Enrike, Zakariya, Kamara, Akliuş, Kulibali (Bamba, 77), Qolovin (Uattara, 89), Baloqan.
Yuventus (Turin, İtaliya): Perin, Kalulu, Bremer, Kelli, Kabal (Kambyaso, 75), Koopmeyners (Jeqrova, 73), K.Türam (C.Devid, 83), Konseysao (Kənan Yıldız, 46), Miretti (Aciç, 46), Makkenni, Openda.
Vərəqələr: Kerer, 63. Kamara, 71. Kənan Yıldız, 77. Aciç, 85 – sarı.
Hakim: Xose Mariya Sançes Martines (İspaniya).
28 yanvar. Monako. 10287 tamaşaçı.
Napoli – Çelsi 2:3 (2:1)
Napoli (Neapol, İtaliya): Meret, Di Lorentso, Buoncorno, J.Jezus (Qutyerres, 62), Spinatsola (Beukema, 82), Lobotka, Maktominey, Olivera, Verqara, Elmas (Lukaku, 82), Höylunn.
Çelsi (London, İngiltərə): Sançes, Hüsto (Çaloba, 59), Ceyms, Fofana, Kukurelya, Kaysedo, Santos (Gittens, 59/Badyaşil, 90), Estevao (Qarnaço, 74), Fernandes, Neto (Palmer, 46), Pedro.
Qollar: Fernandes, 19-p. (0:1). Verqara, 33 (1:1). Höylunn, 43 (2:1). Pedro, 61 (2:2). Pedro, 82 (2:3).
Vərəqələr: J.Jezus, 17. Elmas, 75. Fofana, 88 – sarı.
Hakim: Kleman Türpen (Fransa).
28 yanvar. Neapol. 46513 tamaşaçı.
Borussiya D – İnter 0:2 (0:0)
Borussiya (Dortmund, Almaniya): Kobel, Əmrə Can, Şlotterbek, Mane (Kouto, 89), Ryuyerson, Nmeça, Cob Bellingem, Bensebayni (Brandt, 81), Bayer, Fabio Silva (Çukvuemeka, 82), Girassi (Adeyemi, 68).
İnter (Milan, İtaliya): Zommer, Bissek, Açerbi, Akanci, L.Enrike, Suçiç (Bastoni, 88), Zelinski (Frattezi, 74), Mxitaryan (Diuf, 88), Dimarko, M.Türam (L.Martines, 88), Bonni (Espozito, 57).
Qollar: Dimarko, 81 (0:1). Diuf, 90+4 (0:2).
Vərəqələr: Akanci, 56. Bensebayni, 75. Açerbi, 90+1 – sarı.
Hakim: İştvan Kovaç (Rumıniya).
28 yanvar. Dortmund. 81365 tamaşaçı.
Benfika – Real 4:2 (2:1)
Benfika (Lissabon, Portuqaliya): Trubin, Dediç, T.Arauxo, Otamendi, Dal, Barreyro, Eursnes, Prestianni (Reqo, 88), Sudakov (Barreneçea, 83), Şelderup (Antonio Silva, 90+3), Pavlidis (İvanoviç, 90+3). 
Real (Madrid, İspaniya): Kurtua, Valverde, Asensio, Höysen (Alaba, 79), Karreras (Dias, 79), Arda Gülər (Sestero, 79), Çuameni (Kamavinqa, 55), Cud Bellingem, Mastantuono (Rodriqo, 55), Mbappe, Vinisius.
Qollar: Mbappe, 30 (0:1). Şelderup, 36 (1:1). Pavlidis, 45+5-p. (2:1). Şelderup, 54 (3:1). Mbappe, 58 (3:2). Trubin, 90+8 (4:2).
Vərəqələr: Çuameni. 3. Barreyro, 11. Asensio, 45+4. Höysen, 62. Karreras, 67. Dal, 85. Rodriqo, 90+7 – sarı. Asensio, 90+3 – qırmızı (ikinci sarı). Rodriqo, 90+7 – qırmızı (ikinci sarı).
Hakim: Davide Massa (İtaliya).
28 yanvar. Lissabon. 64305 tamaşaçı.
Mançester Siti – Qalatasaray 2:0 (2:0)
Mançester Siti (İngiltərə): Donnarumma, Nunyeş, Xusanov, Ake, Ayt-Nuri, O’Rayli, Şerki (Niko, 82), B.Silva, Marmuş (Reynders, 68), Dokyu (Foden, 37), Holann.
Qalatasaray (İstanbul, Türkiyə): Uğurcan Çakır, Şallai, Sançes, Əbdülkərim Bardakcı (Ərən Elmalı, 68), Yakobs, Sara (İkardi, 86), Lemina, Barlş Alpər Yılmaz (Yunus Akgün, 68), İlkay Gündoğan (Torreyra, 68), Sane (Kaan Ayhan, 80), Osimhen.
Qollar: Holann, 11 (1:0). Şerki, 29 (2:0).
Vərərə: Lemina, 19 – sarı.
Hakim: Alexandro Xose Ernandes Ernandes (İspaniya).
28 yanvar. Mançester. 35259 tamaşaçı.
Barselona – Kopenhagen 4:1 (0:1)
Barselona (İspaniya): X.Qarsiya, Kunde, Kubarsi, Martin (R.Arauxo, 72), Balde, Olmo (Reşford, 72), E.Qarsiya (Bernal, 46), Yamal, F.Lopes (Kasado, 79), Rafinya, Levandovski (Torres, 81).
Kopenhagen (Danimarka): Kotarski, Melinq, Hatzidiakos, Pereyra, M.Lopes, Larsson (Mukoko, 65), Sudzuki, Klem (Madsen, 55), Aşuri (Robert, 65), Elyunussi (Heyer, 78), Dadason (Klasson, 55).
Qollar: Dadason, 4 (0:1). Levandovski. 48 (1:1). Yamal, 60 (2:1). Rafinya, 69-p. (3:1). Reşford, 85 (4:1).
Vərəqələr: M.Lopes, 27. Yamal, 38. Sudzuki, 39. Melinq, 88. Pereyra, 90+3 – sarı.
Hakim: Benua Bastyen (Fransa).
28 yanvar. Barselona. 44609 tamaşaçı.
Faktlar
* ÇL-də 56-cı qolunu vuran Holann bu göstəricidə Ruud van Nistelroya çatdı və hazırda onunla 8-ci yeri bölüşür. 7-ci pillədəki Tomas Müllerin hesabında 57 qol var.
* ÇL-də 40 fərqli komandanın qapısına yol tapan Levandovski Lionel Messinin rekordunu təkrarladı. Bu siyahıda 3-cü yerdə isə 38 fərqli komandanı məyus edən Kriştiano Ronaldo qərarlaşıb. 37 yaşlı Levandovski həm də 30 yaşdan sonra turnirdə vurduğu qolların sayını 62-yə çatdırdı. 30 yaşı tamamlayandan sonra ÇL-də ondan da çox (68) qol vuran yeganə futbolçu Kriştiano Ronaldodu.
* “Benfika” ilə oyunda dubl edən Mbappe ÇL-in yeni rekordçusu oldu. O, cari mövsümdə 12-13-cü qollarını vurdu. Fransalı ulduz turnirin tarixinə ümumi və ya liqa mərhələsində 11-dən çox qol vuran ilk futbolçu kimi düşdü. O, K.Ronaldonu (11) arxada qoydu. Düzdü, fransalı portuqaliyalıdan bir oyun artıq keçirib.
* Trubin ÇL-də qol vuran beş qapıçıdan biridi. Ona qədər bu turnirdə yalnız İvan Provedel (Latsio - 2023), Vinsent Enyema (Hapoel T-Ə - 2010), Sinan Bolat (Standard - 2009) və Hans-Yorq Butt (Bavariya - 2009, Bayer-04 - 2002, Hamburq - 2000) fərqlənmişdi. Trubin həmçinin avrokuboklarda “Real”a qol vuran ilk qapıçı oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:347
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 Fevral 2026 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri