Mourinyonun “Real”ın hücumçusuna tapşırığı: “Mbappeyə kömək et”
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real”ın futbolçusu Karlos Espi komanda yoldaşları Kilian Mbappe və Cud Bellingemlə birgə məşq etməyin ona böyük təcrübə qazandırdığını bildirib.
İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, Espi əsas heyətdə yer uğrunda mübarizədən və ehtiyatda qalmasının ona münasibətindən danışıb.
Gənc hücumçu Mbappe kimi dünya səviyyəli futbolçunun kölgəsində qalmağın onu narahat etmədiyini deyib:
“Mən hər bir şansdan yararlanmaq üçün buradayam. Daha yaxşı olmaq, inkişaf etmək istəyirəm. Kilian, Cud kimi insanlarla, ümumiyyətlə hər kəslə məşq etmək inanılmazdır. Onların nə qədər rəqabətcil və özlərinə qarşı tələbkar olduqlarını görmək təəccüblüdür. Mən çox şey öyrənirəm və irəliləyirəm. Meydana hər dəfə çıxanda maksimum gücümü qoymaq və komandaya kömək etmək istəyirəm”.
Espi baş məşqçinin ondan gözləntilərini də açıqlayıb:
“O, həmişə mənə bütün gücümü qoymağı deyir. Mənə 5, 10 və ya 15 dəqiqə verilməsindən asılı olmayaraq, özünü tam həsr etməlisən. Həmçinin xahiş edir ki, yanımda oynayan Kiliana kömək edim və hücumda bir-birimizi tamamlayaq”.
Hücumçu məşqçinin ondan cərimə meydançasında daha aktiv olmağı tələb etdiyini də qeyd edib:
“Mənə davamlı olaraq cərimə meydançasında olmağı tapşırır, çünki hər an top mənə tərəf qayıda bilər. Bu halda top mənə iki dəfə gəldi, demək olar ki, üç dəfə”.
Espi sonda komandanın birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb:
“Çünki birlikdə olsaq, bizdə hər şey alınacaq. Belə də olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 22 Sentyabr 2026 20:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















