Mourinyonun yeni mövsümdəki komandası bəlli oldu
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Benfika"nın prezidenti Rui Koşta portuqaliyalı mütəxəssis Joze Mourinyonun gələcəyi ilə bağlı müzakirələrə son qoyub. Klub rəhbəri Mourinyo ilə yola davam edəcəklərini rəsmən açıqlayıb.
Milli.Az xəbər verir ki, Rui Koşta bildirib ki, Mourinyonun gələcəyi ilə bağlı klub rəhbərliyinin heç bir tərəddüdü yoxdur:
"Çox böyük bir sürpriz olmasa, gələn il də onunla davam edəcəyik. Ona olan etimadımız tamdır."
"Fənərbaxça"dan ayrıldıqdan sonra "Benfika"nın sükanı arxasına keçən "Xüsusi biri"nin (The Special One) Portuqaliya təmsilçisi ilə 2027-ci ilə qədər müqaviləsi var.
Buna baxmayaraq, tərəflər arasındakı razılaşmaya görə, 2025-26 mövsümünün son oyunundan sonrakı 10 gün ərzində həm klubun, həm də Mourinyonun müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ mövcuddur. Rui Koştanın bu açıqlaması sözügedən bəndin istifadə olunmayacağı və əməkdaşlığın davam edəcəyi mənasına gəlir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 09 Aprel 2026 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















