Icma.az
close
up
RU
Mourinyoya lazım olmayan ulduz İtaliyaya yollanır

Mourinyoya lazım olmayan ulduz İtaliyaya yollanır

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2023-cü ilin yayında ''Fənərbaxça''ya böyük ümidlərlə transfer olunan Cengiz Ündər İstanbuldan ayrılmaq üzrədi.

15 milyon avroya heyətə cəlb edilən türkiyəli vinger həmin dönəm ''Fənər'' tarixinin ən bahalı transferinə çevrilmişdi. Bu mövsümün əvvəlində bu rekord Yussef Əl-Nəsiriyə keçdi. Ötən mövsüm İsmayıl Kartalın dönəmində az-çox oynamaq şansı qazanan və komandaya müəyyən fayda verməyi bacaran Cengiz Joze Mourinyonun gəlişindən sonra tamamilə gözdən düşdü. Belə demək mümkünsə, bayramdan bayrama oynayan Cengiz Türkiyə yığmasına da artıq dəvət olunmur. Bu üzdən 27 yaşlı futbolçu karyerasında yeni səhifə açmaq qərarına gəlib.
Türkiyə mətbuatının yazdığına inansaq, Cengiz A seriyası təmsilçisi ''Torino''ya yollanmaq üzrədi. Bu keçid icarə əsasında baş tutacaq. Turin klubu Cengizi daimi əsasda transfer etmək hüququnu da ələ keçirmək istəyir. Danışıqlar hələ tam başa çatmasa da tərəflər ilkin anlaşma əldə ediblər. Cengizin illik qazancı 3,5 milyon avrodu və bu məbləğin müəyyən hissəsini italyanlar ödəyəcək. Ündər bu mövsüm 6 rəsmi oyunda cəmi 153 dəqiqə meydanda olub və aktivinə, qol və ya məhsuldar ötürmə yazmayıb. Qeyd edək ki, ''Torino'' 2022-ci ilin yayında 4 milyon avro qarşılığında ''Beşiktaş''ın gənc vingeri Əmirhan İlkhanı da transfer etmişdi. Amma bu futbolçunun İtaliya karyerası çox da uğurlu keçmədi.
Əmirhan 2022/23-ün ikinci dövrəsini icarə əsasında ''Sampdoriya''da, ötən mövsümü isə icarə əsasında ''İstanbul BŞ''də keçirmişdi. Hazırda İlkhan hələ ''Torino''dadı.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see405

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see337

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see300

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see294

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see271

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see234

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see232

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see224

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see152

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see140

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see138

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see124

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri