Mourinyu Qvardiolanın cavabını gecikdirmədi 150 ittihamlıq qələbələrə ehtiyacım yoxdur
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyu "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiolanın "bostanına daş atıb".
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sportx"a açıqlamasında onu "sancan" ispaniyalının ünvanına atmaca atıb:
“Qvardiola məndən nəsə deyib. Doğrudur, o, altı Premyer Liqa titulunu qazandı, mən üç dəfə. Amma mən onları ədalətli şəkildə qazandım. Uduzsam da, rəqibimi təbrik edirəm, çünki həmin anda o, məndən üstündür. Eyni zamanda 150 ittihamlıq (söhbət "Mançester Siti"yə qarşı irəli sürülən 115 ittihamdan gedir – red.) qələbələrə ehtiyacım yoxdur”.
Qeyd edək ki, "Liverpul"la matçda azarkeşlərin təzyiqinə cavab olaraq tribunalara altı barmağını göstərərək Premyer Liqada qazandığı kubokların sayını göstərən "Mançester Siti"nin sükanı arxası Xosep Qvardiola daha sonra verdiyi müsahibədə Mourinyunun ünvanına bu sözləri söyləyib: “Mourinyu ilə oxşar vəziyyətlərə düşdük, lakin o, üç dəfə çempion oldu, mən isə altı dəfə”.
Mirağa
Baxış sayı:103
Bu xəbər 06 Dekabr 2024 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















