Icma.az
close
up
RU
“Mövcud vəziyyət Çini də narahat edir...” Politoloq

“Mövcud vəziyyət Çini də narahat edir...” Politoloq

Icma.az bildirir, Adelet.az saytına əsaslanaraq.

“Amerika Birləşmiş Ştatlarının husilərlə atəşkəs razılaşmasının uzun çəkəcəyi şübhə doğurur. Husilər ABŞ gəmilərinə hücum etməyəcəklərini və Vaşinqtonla 2025-ci ildə əldə olunan atəşkəsə sadiq qalacaqlarınə bəyan ediblər. Husilər Səudiyyə Ərəbistanının gəmiləri istisna olmaqla digər ölkələrin, o cümlədən ABŞ və İsrail gəmilərinə hücum etməyəcəklərini vəd veriblər. Ancaq bu vədin yerinə yetirləcəyi də şübhə doğurur. Çünki, husiləri silahlandıran və maliyyələşdirən SEPAH generallarından əmr gələrsə, qiyamçılar amerikalılalara verdikləri vədi unuda da bilərlər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

Politoloqun sözlərinə görə, Səudiyyə Ərəbistanı da husilərlə atəşkəsə nail olmağa çalışır:

“ABŞ ilə husilər arasında vasitəçi olan Omanın imkanlarından Səudiyyə Ərəbistanı da faydalanmaq istəyir. Husilər Səudiyyə Ərəbistanı ilə razılaşmanın əleyhinə deyillər, sadəcə bunun reallaşması üçün Ər-Riyaddan Yəmənin hava, quru və dəniz yolu ilə blokadasına tam son qoyulmasını tələb edirlər. Husilərin bir başqa tələbi Səudiyyə Ərəbistanının Yəməndən hərbi, təhlükəsizlik və siyasi qüvvələrini çıxarması və təzminat ödəməsi üçün fondun yaradılmasıdır. Ər-Riyad bu tələbləri qəbul etməyə hazır deyil. Bu səbəbdən bölgədə toqquşmaların davam edəcəyini proqnozlaşdırmaq olar”. 

O, bildirib ki, husilərin Səudiyyə Ərəbistanına hücumlarını davam etdirməsi Ər-Riyadın strateji müttəfiqi olan ABŞ-yə çətin vəziyyətə salıb:

“Belə çıxacaq ki, husilərlə atəşkəsə nail olan Vaşinqton Yəmən qiyamçılarının Səudiyyə Ərəbistanına hücumlarına seyrçi qalacaq. Mövccud vəziyyət avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanının Türkiyə və Pakistanla imzaladığı ittifaq sazişi üçün ciddi sınaqdır. Pakistan və Türkiyə “Məkkə paktı”na görə bir tərəfdən Səudiyyə Ərəbistanına real dəstək verməli, o biri tərəfdən müharibənin alovlanmasının qarşısını almalıdırlar. Pakistanla Səudiyyə Ərəbistanı arasında müttəfiqlik uzun illəri əhatə edir. Ona görə Ər-Riyadın əsas dəstək gözləntisi İslamabaddandır. İslamabad Ər-Riyadı inandırmalıdır ki, onun müdafiə öhdəliyi real çəkiyə malikdir. Ancaq Pakistan eyni zamanda özünü başqa bir Yaxın Şərq müharibəsinə cəlb etməməli və husiləri dəstəkləyən Tehranla münasibətlərini pozmamalıdır. İslamabad Tehranla əlaqə kanallarını açıq saxlamağa üstünlük verir. Bu vəziyyətdə bir qrup “Məkkə paktı”nda dərhal müdafiə məqsədilə cavab tədbirlərinin əks olunmadığını, digərləri isə əksinə təcavüzə qarşı birgə mübarizə mexanizminin işə düşməsi qənaətindədir. Bu qeyri-müəyyənlik “Məkkə paktı” ilə bağlı sualların sayını artırıb. Hadisələrin inkişafı göstərir ki, “Məkkə paktı”nın qəbulu daha çox Səudiyyə Ərəbistanına lazım idi. Ancaq əgər həmin pakt Səudiyyə Ərəbistanını husilərin hücumlarından qoruya bilməyəcəksə, sazişin dəyəri azalacaq”.

E.Şahinoğlu deyib ki, mövcud vəziyyət Çini də narahat edir:

“Pekin İslamabadın ən mühüm strateji və hərbi tərəfdaşlarından biridir və eyni zamanda Səudiyyə Ərəbistanı ilə getdikcə daha sıx münasibətlər qurub. Ancaq Pekin də Səudiyyə Ərəbistanını husilərdən qorumaq fikrində deyil. Pekinin yeganə təklifi Yaxın Şərq üçün yeni təhlükəsizlik arxitekturasının qurulmasıdır. Hazırki şərtlər altında Yaxın Şərqdə belə bir arxitekturanın qurulması praktik baxımdan mümkün deyil. Avropa ölkələri isə Səudiyyə Ərəbistanı ilə sadəcə həmrəylik nümayiş etdiriblər. Avropa İttifaqı bölgədə baş verənlərdən narahat olsa da, prosesə qarışmaq istəmir”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Sentyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see513

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see281

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see275

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see270

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see263

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see262

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see257

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see250

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see231

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see229

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see228

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see224

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see216

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see215

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see215

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see209

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see205

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see204

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see202

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri