Icma.az
close
up
RU
Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər

Mövlud Çavuşoğlu: Azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu dekabrın 4-də Qərbi Azərbaycan İcmasında olub.

AZƏRTAC xəbər verir ki, görüşdə Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstəyi xatırladıb.

İcmanın yaranması və fəaliyyəti barədə danışan Ə.Ələkbərli bildirib ki, İcmada toplaşan insanlar 1987-1991-ci illərə qədər indiki Ermənistan ərazisində yaşayıblar. İcmanın məqsədləri barədə məlumat verən İdarə Heyətinin sədri vurğulayıb ki, Qərbi Azərbaycan İcması olaraq son 200 ildə öz ata-baba yurdlarından didərgin salınmış azərbaycanlıların hüquqlarını beynəlxalq müstəviyə qaldırmağa və onların qayıdış hüququnun təmin olunmasına çalışırlar.

O qeyd edib ki, sonuncu deportasiya zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 300 minə yaxın azərbaycanlı Ermənistan tərəfindən doğma yurdlarından didərgin salınıb. Həmin dövrdə 172 kənddə ancaq azərbaycanlılar yaşayırdılar və orada bir nəfər də olsun erməni yox idi.

Bildirilib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır. Onların geri qayıdışına şəraitin yaradılması Ermənistan dövlətinin öhdəliyidir.

Azərbaycanlıların yaşadıqları tarixi torpaqlarına qayıtmaq istəmələrinin Ermənistanın ərazi iddiası kimi təqdim etməsinin isə heç bir əsası yoxdur.

Türkiyə Böyük Millət Məclisinin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin inkişaf etdiyini diqqətə çatdıran M.Çavuşoğlu Türkiyənin bu istiqamətdə Azərbaycana bütün dəstəyi verdiyini vurğulayıb. Deyib ki, artıq keçmiş məcburi köçkünlər də öz doğma torpaqlarına qayıtmağa başlayıblar.

O, ölkəmizin bu istiqamətdə də sülhpərvər siyasətini təqdir edib. Vurğulayıb ki, Azərbaycan qaçqınların geri qayıdışı məsələsində beynəlxalq hüquqa uyğun davranır.

Qarabağ Zəfərindən sonra Azərbaycanın sülh təşəbbüslərinə toxunan TBMM-in üzvü deyib: "Bütün dünya Azərbaycanın Ermənistana qarşı səmimi davranışının şahididir. Amma Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün maddi-mədəni irsi dağıdıb. Türkiyə olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər. Həmçinin bu məsələyə dünya ictimaiyyətinin diqqətinin artırılması da vacibdir”.

İcma sədrinin müavini, Milli Məclisin deputatı Ramil Həsən M.Çavuşoğlunun İcmaya səfərinin Qərbi azərbaycanlılar üçün mühüm mənəvi dəstək olduğunu deyib.

Qərbi azərbaycanlıların geri qayıdışı hüquqi yolla həyata keçirmək istədiklərini deyən deputat əlavə edib: "Ermənistandan zorla çıxarılan insanlar öz ata–baba yurdlarına geri qayıdaraq minilliklər boyu olduğu kimi, bundan sonra da orada yaşamaq istəyirlər. Qərbi azərbaycanlılar əgər öz evlərindən çıxarılmasaydılar, indi yaşayışlarını və fəaliyyətlərini məhz ata–baba yurdlarında davam etdirərdilər.

Qərbi Azərbaycan İcmasının üzvü, Milli Məclisin deputatı Qaya Məmmədov isə bildirib ki, Qərbi azərbaycanlıların haqq işi insan hüququ məsələsidir.

Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcması bu günə qədər Ermənistanın baş naziri Nikol Paşinyana, eyni zamanda, beynəlxalq ictimaiyyətin mühüm aktorlarına məktublar, müraciətlər ünvanlayıb, soydaşlarımızın sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışına dair tələbini ifadə edib. Lakin təəssüf ki, Ermənistan tərəfi İcmanın dialoq müraciətinə hələ də cavab verməyib.

Qaya Məmmədov Ermənistandakı irqçilik siyasətinin də yolverilməz olduğunu vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see134

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see134

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see132

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see123

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see119

Son xəbərdarlıq: ABŞ Rusiyanın yanında, Avropaya qarşı

06 Dekabr 2025 21:41see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri