Icma.az
close
up
RU
Mövlud Süleymanlının qəbirüstü abidəsi FOTOLAR

Mövlud Süleymanlının qəbirüstü abidəsi FOTOLAR

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mərhum Xalq yazıçısı Mövlud Süleymanlıya verilən “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı onun ailəsinə təqdim edilib.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, mədəniyyət nazirinin müavini Murad Hüseynov yubiley medalını Mövlud Süleymanlının oğlu Elay Balakişiyevə təqdim edib.

Təqdimat zamanı mərhum Xalq yazıçısının ədəbiyyat və kino sahəsindəki yaradıcılığından söhbət açılıb.

Mərhumun qızı Təranə Balakişiyeva isə sosial şəbəkədə “Allah rəhmət eləsin dahi insan, kaş bu medalını da görəydin” deyə atası haqda paylaşımında qeyd edib.

Mövlud Süleymanlıya qəbirüstü abidə də ucaldılıb. Abidə başdaşı və büstdən ibarətdir.

Xalq yazıçısı Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq Şamaxının Kərkənc kənd qəbiristanlığında anası və qardaşının yanında torpağa tapşırılıb.

Əməkdar incəsənət хadimi, Xalq yazıçısı 21 fevral 2024-cü il tarixində, ömrünün 81-ci ilində vəfat edib.

O, 1968-ci ildə Аzərbаycаn Radiosundа əmək fəaliyyətinə başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müаvini vəzifəsində işləyib. M.Süleymanlı həmçinin “Azərbaycanfilm”kinostudiyasında, “Ulduz” və “Azərbaycan” jurnаllarındа müxtəlif vəzifələrdə çalışıb.

Azərbaycan ədəbiyyatında daha çox nasir kimi şöhrət qazanan yazıçının “Qar”, “Yanğın”, “Şanapipik”, “Şeytan”, “Dəyirman” əsərlərindən ibarət “Ayın aydınlığında” (1979) kitabı çapdan çıxıb və ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 1980-ci illərin əvvəllərindən roman janrına müraciət edən yazıçının “Köç”, “Ceviz qurdu”, “Səs” əsərləri də şöhrət qazanıb.

M.Süleymanlının bir sıra əsərləri tamaşaya qoyulub (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.), onun ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri