Icma.az
close
up
RU
Mövsümi meyvələrin əlçatmaz qiymətləri: səbəb nədir?

Mövsümi meyvələrin əlçatmaz qiymətləri: səbəb nədir?

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Mövsümi meyvələrin qiymətində bahalaşma müşahidə edilir. Mütəxəssislər bunun səbəbini müxtəlif amillərlə əlaqələndirirlər. Bəziləri pulun dəyərinin aşağı düşməsini, bəzirləri həmin meyvələrin az olmasını və s. bildirir.

Bir çoxu isə qeyd edir ki, bu, hava şəraiti ilə bağlıdır. İyun ayının sonları olmasına baxmayaraq hələ də havalar tam istiləşməyib və bu da mövsümi meyvələrin yetişməsinə mənfi təsir edir.

“Xalq Cəbhəsi” mövzunu iqtisadçı ekspertlərlə araşdırıb.

İqtisadçı ekspert Akif Nəsirli qeyd edib ki, bu il də ötənilki kimi mövsümi meyvələrin baha olması hava şəraiti ilə bağlıdır: “Erkən yazdan başlayaraq Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin keçməsi, intensiv yağışların yağması, havanın temperaturunun aşağı düşməsi, güclü küləklərin əsməsi – bütün bunlar bağların məhsuldarlığına mənfi təsir göstərib”.

A.Nəsirli vurğulayıb ki, bu təsirlər məhsuldarlığı kifayət qədər aşağı salıb: “Bu il gilas, albalı və digər mövsüm meyvə bağlarında məhsuldarlıq çox aşağıdır. Bəlkə də bağların tam gücünün 30-40 faizi həcmində məhsuldarlıq var. Ona görə də bazara təklif olunan məhsul azdır. Tələb çoxdur, təklif azdır. Bunun üçün də məhsul bahalaşır”.

Hava şəraitinin təsiri

Ekspert əlavə edib ki, indi də hava şəraiti tam normal səviyyəyə düşmür ki, meyvələr kütləvi şəkildə yetişsin: “Diqqət edirsinizsə, bazara çıxan meyvələrin çoxu kaldır. Bu da onunla bağlıdır ki, temperatur aşağıdır. Temperaturun aşağı olması isə meyvənin yetişməsini ləngidir. Bizim istidən nə qədər xoşumuz gəlməsə də, meyvələrin yetişməsi üçün isti ən vacib amillərdən biridir, o da hələki yoxdur”.

“Pulun dəyəri ölüb, daşıma xərcləri bahalaşıb”

İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hansısa meyvə mövsüm dövründə kütləvi şəkildə bazara çıxarılanda təbii ki, onun qiyməti aşağı düşəcək: “Bütün meyvə-tərəvəzlərin hər birisinin mövsüm dönəmində qiyməti aşağı düşəcək. Amma istənilən halda builki qiymətlər əvvəlki qiymətlərdən daha baha olacaq. Keçən ilin mövsümi dövrü ilə indiki dövrün mövsümi dövrünü müqayisə etsək daha baha olacaq. Niyə baha olacaq? Çünki pulun dəyəri ölüb. Daşıma xərcləri bahalaşıb, dizel yanacağın qiymətin hökumət keçən ilin ikinci yarısı bahalaşdırdış. Bu ilin yanvarından işığın, qazın qiymətini artırdı, minimal əməkhaqqını artırdı, şəffaflaşmanı artırır, bütün bunların hamısı xərcləri artırır. Ona görə də meyvə-tərəvəzin qiyməti keçən illərə görə, tutaq ki, mayı may, apreli aprel, iyun iyun ilə müqayisə etsək həmişə yuxarı olacaq. Amma təbii ki, iyul-avqust aylarında meyvə-tərəvəz indikindən daha ucuz olacaq. Çünki mövsüm dönəmidir. Kütləvi sürətdə məhsullar bazara çıxarılır”.

“Bu istiqamətdə müəyyən problemlər var”

İqtisadçı ekspert Asif İbrahimov bu il bu istiqamətdə müəyyən problemlərin olduğunu deyib: “Fermerlərin birbaşa bazara çıxış problemləri var. Yəni məsələn, hazırda ərik almaq istəyirsən, Tərtərdəki qiymətlərlə, yəni fermerdə olan qiymətlərlə bazarda olan qiymətlər fərqli olacaq. Təbii ki, onun Bakıya gətirilməsi, saxlanılması, kalibrlənməsi, əmtəə halına gətirilməsi üçün müəyyən xərclər tələb olunur və öz mənfəətlərini də qoyanda baxırsan ki, qiymətlər gəldi kəllə-çarxa çıxdı. Builki qiymətlərin baha olmasının bir çox səbəbləri var. Hazırda may-iyun ayları bəzi meyvələr üçün keçid dönəmidir. Azərbaycan fermerlərinin xüsusilə öz məhsulunu öndə tutduğu prioritet bazarlardan biri Rusiya bazarıdır və Rusiya bazarına çıxarılan məhsulların qiymətindən asılı olaraq da yerli bazarda da qiymətlər dəyişir. Məsələn, qiymət Rusiyada yüksəkdirsə, yerli bazarlarda da ona uyğun qiymətlərə satılacaq”.

“Təkmilləşdirmələr aparılmalıdır”

A.İbrahimov bildirib ki, belə problemlərin həll olunması ilə bağlı uzun illərdir Azərbaycan hökuməti tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə dəstək verilir və bu məhsulların tədarükçüdən birbaşa satıcıya çıxarılması üçün “Aqrar Tədarük və Təchizat” ASC yaradılıb: “Düşünürəm ki, bu qurumun fəaliyyətində təkmilləşdirmələr aparılmalıdır. Əgər yerlərdə məhsulların alışı-satışı, ərsəyə gətirilməsi, fermerdəki qiymət bazardakı qiymətlə 2-3 dəfə fərq edirsə, deməli, burada ciddi problemlər mövcuddur. Bundan başqa fermerlər də ötənilki istehsal xərclərindən bu il daha çox istehsal xərci çəkiblər. Məsələn, toxum gübrələrin qiymətində bahalaşmalar müşahidə olunmağa başlayıb. İstifadə edilən dərman preparatlarında ötənilkilərdən bəzilərində 2 dəfə bahalaşma müşahidə olunur. Bu məsələlər də yekun məhsulun qiymətinə öz təsirini göstərir. Yekun məhsulun qiyməti həmin məhsulun ərsəyə gətirilməsində çəkilən xərclərdən aslıdır. Əgər yüksək olacaqsa qiyməti baha olacaq, əgər çəkilən xərclər aşağıdırsa, qiyməti də aşağı olacaq”.

“Bəzi meyvələr az gətirib”

İqtisadçı ekspert Ruslan Atakişiyev qeyd edib ki, mövsümi meyvələrin bəziləri dövrü olaraq ucuzlaşır, bəziləri isə bahalaşır: “Bu, əslində həmin meyvələrin bazara çıxma tempi ilə bağlıdır. Deyək ki, gilası, əriyi götürsək, onlar artıq bitmə dövründədir. Ona görə bunlar bahalaşmağa doğru gedir. Bir səbəb budur. İkinci səbəb də odur ki, hava şəraiti ilə bağlı olaraq bəzi meyvələr az gətirib. Bunlardan xüsusən də gilas. Gilas bu il bazarlarda azdır. Yəni bu, təsir göstərir. Üçüncü bir amil ondan ibarətdir ki, meyvələrin, tərəvəz məhsullarının xaricə ixracı var və bu da istər-istəməz daxili bazarda onların bahalaşmasına gətirib çıxara bilir”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 İyun 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see236

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see161

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see155

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see155

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see146

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri