Icma.az
close
up
RU
Mövsümün ən yaxşı matçını Qarabağ a qarşı oynadıq Eddi Hau

Mövsümün ən yaxşı matçını Qarabağ a qarşı oynadıq Eddi Hau

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Mövsümün ən yaxşı matçını "Qarabağ"a qarşı oynadıq" - Eddi Hau

"Nyukasl"ın baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək cavab qarşılaşmasından əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

QOL.az xəbər verir ki, mütəxəssis ilk oyundakı qələbədən çox, nümayiş olunan oyun keyfiyyətinin onun üçün daha önəmli olduğunu vurğulayıb:

"İlk oyunda "Qarabağ"a qarşı qazanılan nəticədən daha çox, nümayiş etdirdiyimiz performans, oyun tərzi və qələbə aclığı məni razı saldı. Hesab edirəm ki, həmin matç bizim bu mövsüm sərgilədiyimiz ən yüksək səviyyə idi. Mənim də məqsədim komandanın bu səviyyəyə mümkün qədər tez-tez çatmasına nail olmaqdır. "Mançester Siti" ilə oyunda fərqli nəticə qeydə alınsa da, bənzər performans səviyyəsini qoruya bildik".

E.Hau komandasının fiziki hazırlığına və qarşıdakı matçda stabil oyun nümayiş etdirməyin vacibliyinə də diqqət çəkib:

"Həmin oyunlar göstərdi ki, biz istənilən rəqiblə rəqabət apara bilərik və fiziki cəhətdən olduqca güclüyük. Əgər həmin performans bizi yenidən canlandırmaq üçün bir qığılcım idisə, bu, əladır. Sabahkı oyunda da eyni səviyyəyə can atmalıyıq. Mövsüm boyu axtardığımız stabilliyi tapmaq üçün sabah özümüzün ən yaxşı oyunumuzu nümayiş etdirməliyik".

Mütəxəssis bu mərhələyə adlamağın mövsümün əvvəlindən qarşıya qoyulan əsas hədəf olduğunu vurğulayıb:

"Hər iki turnir başlamazdan əvvəl bu barədə danışmışdıq. Bizim ilkin hədəfimiz məhz 1/8 final mərhələsinə vəsiqə qazanmaq idi. Hesab edirəm ki, yarışın bu mərhələsinə çatdıqdan sonra hər şey mümkündür. Cari mövsümdə həm Liqa Kubokunda, həm də Federasiya Kubokunda göstərdik ki, "ölüm-dirim" oyunlarında heyətimiz özünün ən yaxşı performansını nümayiş etdirə bilir. Turnirdə irəlilədikcə bu xarakterimizi daha qabarıq göstərəcəyimizə inanıram. Lakin uzaq hədəflərə baxmayaraq, hazırda bütün diqqətimizi sabahkı oyunda qələbə qazanmağa yönəltmişik".

E.Hau futbolçularına böyük zirvələri xəyal etməyi aşılamağın vacibliyinə də toxunub:

"Mən oyunçularımı hər zaman böyük xəyallar qurmağa və müsbət ideyalara köklənməyə təşviq edirəm. Hesab edirəm ki, bu, komandanın inkişafı üçün olduqca sağlam yanaşmadır. Əlbəttə, mənim mövqeyimdə olan biri üçün hər oyunu addım-addım təhlil etmək və detallara fokuslanmaq vacibdir. Bu səhər keçirdiyimiz məşqlərdə də sabahkı tapşırıqlarımızı icra etməyə çalışdıq. Lakin insanın beyninin bir küncündə o böyük hədəflərin olması əladır, çünki bu, sizi ən yaxşısını etmək üçün daha da ruhlandırır".

Mütəxəssis Ağdam təmsilçisinin bəzi futbolçularını xüsusi fərqləndirərək rəqibə qarşı ciddi yanaşdıqlarını vurğulayıb:

"Daha əvvəl də qeyd etdiyim kimi, "Qarabağ"ın oyunlarını analiz edərkən onlardan çox təsirləndim. Xüsusilə mərkəz hücumçusu Kamilo Duranı bəyənirəm. Sürəti ilə müdafiənin arxasına sızması rəqiblər üçün real təhlükədir və qol vurmaq hissi çox güclüdür. Yarımmüdafiədə Yankoviçin də keyfiyyətli futbolçu olduğunu düşünürəm. Bir sözlə, rəqibin heyətində çox yaxşı oyunçular var. İlk matçda biz özümüzün ən yaxşı oyunumuzu oynadıq və onlar üçün çətinlik yaratdıq. Sabahkı oyuna çox ciddi hazırlaşmışıq. Çünki onların necə yaxşı komanda olduqlarını bilirik".

Mütəxəssis ardıcıl uğurlu çıxışların təməlində dayanan əsas amilin yüksək enerji olduğunu vurğulayıb:

"Düzünü desəm, mövsüm ərzində enerjimizdə eniş-yoxuşlar müşahidə olunurdu. Lakin son oyunlarda nümayiş etdirdiyimiz temp və enerji olduqca yüksək səviyyədədir. Hesab edirəm ki, bu proses hücumun ən uc nöqtəsindən, Entoni Qordondan başladı və zəncirvari şəkildə bütün komandaya sirayət etdi. Biz meydanda bu dinamikanı və sürəti nümayiş etdirəndə istənilən rəqiblə rəqabət apara bilirik".

E.Hau komandanın fiziki gücü ilə texniki bacarıqlarının vəhdətinə də diqqət çəkib:

"Fiziki gücümüz sayəsində rəqibləri meydanda çox narahat vəziyyətə salmağı bacarırıq. Ən yaxşı formamızda olduğumuz zaman topa sahib olarkən istədiyimiz planı icra etmək üçün kifayət qədər yüksək texniki bacarıqlara malikik. Mövsüm boyu keçirdiyimiz oyunların sayını nəzərə alsaq, fiziki hazırlığımızın çox yüksək səviyyədə olduğunu deyə bilərəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://qol.az
archiveBu xəbər 23 Fevral 2026 21:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri