Mövsümün fasiləsində Realdan gedəcək futbolçu bilindi
Icma.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Real Madridin" baş məşqçisi Karlo Ançelotti mövsümün fasiləsində klubdan ayrılacaq futbolçunu müəyyən edib.
Metbuat.az xəbər verir ki, Ançelotti bununla bağlı təlimatı rəhbərliyə təqdim edib. "Catalan E-Noticies"in xəbərinə görə, italyan məşqçi Jesus Valyexonun klubdan göndərilməsini istəyir. Bildirilib ki, Mövsümün əvvəlində müdafiəçi çatışmazlığı səbəbindən komandada saxlanılan Valyexo bir dəfə şans qazanıb və həmin vaxt zəif oynayıb. "Real" rəhbərliyi futbolçunun müqaviləsinin ləğv edilməsini nəzərdən keçirir. Məlumata görə, Endrik və Arda Gülerin icarəyə verilə biləcəyi ilə bağlı söz-söhbətlərə baxmayaraq, Ançelotti hər iki futbolçunun komandada qalacağını açıqlayıb.
Baxış sayı:85
Bu xəbər 27 Dekabr 2024 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















