Icma.az
close
up
RU
Möyle bəy, QRAND adını dəyişib EGE edən hospital haqqında bilmirdiniz?

Möyle bəy, QRAND adını dəyişib EGE edən hospital haqqında bilmirdiniz?

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Belə xəbər verirlər ki, Dövlət Akademik Musiqili Teatrının aktyoru Möylə Mirzəliyev iflic olub.
Məsələ belə olub. Möylə müəllim canında, xüsusən belində ağrıları hiss edəndən sonra durur gedir. adı dillər əzbəri olan, reklamı televiziya kanallarını yağır edən "EGE Hospital"a . "EGE Hospital"da müəllimə dirəşiblər ki, bəs sən spinal stenoz (bel kanalının daralması) xəstəsisən, mütləq əməliyyat olunmalısan. Yoxsa, sonralar şikəst olarsan. Möylə müəllimdə fikirləşib ki, bu boyda həkimlər məni aldatmır ki, yəqin dəqiq söhbətdir və beləliklə, əməliyyata razı olub.

Ötən gün aktyorun qızı Leyla Rəhimli Oxu.az-a açıqlama verib ki, əməliyyatdan sonra atam hərəkət qabiliyyətini tamamilə itirib, Sonra da deyib ki, hazırda müalicəsi xəstəxanada davam etdirilir. Yəni öz ayaqları ilə "EGE Hospital"a gəlib, burda şikəst olan adam orada hansı müalicəyə əsasən “qalır “ söhbəti mənə çatmasa da Möylə müəllimin halına yanmamaq mümkün deyil.

 Səhiyyəmizin ağlar günü

Yadıma Ağcabədi rayonunda baş verən bir olay düşdü. Deməli, təxminən 2017-ci ilardı, rayonun Mərkəzi Xəstəxanasının cərrahı Çingiz Həsənov ayağı qırılan xəstəni əməliyyat edərkən səhvən arterial damarı kəsdi. Qanaxma nəticəsində rayonun Qiyaməddinli kənd sakini, 59 yaşlı Zahid Quliyev həyatını itirdi. Amma buna baxmayaraq Travmatoloq həkimi Dr.Çingiz Həsənov fəaliyyətini dayandırmadı.

Hətta bizim səhiyyəmizdə elə sürpriz hadisələr baş verib ki, tayı-bərabəri yoxdu. Məsələn, bir neçə il əvvəl Angioloji və Mikrocərrahiyyə Mərkəzində cərrah həkimi Valeh Kərimov şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoydu və qadının sağlam olan sağ ayağını kəsdi.

Ötən ilin iyun ayında FB dostluğumda olan jurnalist həmkarım Fərahim Qasımov sosial şəbəkədə paylaşım etdi. O, anasının "Stimul Hospital" Klinikasında həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini yazdı:
"Dünən heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlanış etmədən sistem köçürüb.

Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi, məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimasiya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib".
Elə həmin ərəfədə Zərdab rayonunda da bir qadın doğuş zamanı həyatını itirdiyi mediada yayıldı. Məlum oldu ki, qadının hamiləliyi riskli olub və ölümə səbəb kimi doğuşdan sonrakı qanaxma göstərilib. Doğuş zamanı Zərdab Rayon Mərkəzi Xəstəxanasındakı həkim xəstəyə göndəriş vermədiyi üçün onu başqa yerə aparmaq mümkün olmayıb.
Təəssüf ki, bu tip xəbərlər son illər xeyli artıb. Məsələn, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev hələ 2022-ci ildə Azərbaycanda həkim səhvləri ilə bağlı 78 fakt üzrə cinayət işi başlanıldığını açıqlamışdı. Hazırda həkim səhlənkarlığına görə ömürlük şikəstliyə məhkum olan və ya ölən minlərlə insan var və ilbəil bunların sayı artmaqdadır .
Deməli, 2024-cü il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib. Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.
Əməliyyat zamanı V. Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıblar. Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.
Məlumatı həmin vaxt Report yaydı. Bildirildi ki, V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Qəbələ Rayon Məhkəməsinin hökmü ilə V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib.


Çox uzağa getmirəm, 2025-ci ilin yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Nəzrin Aydın qızı Mansurova müalicə aldığı “Mərcan Medicare” klinikada dünyasını dəyişdi.
İlkin araşdırma zamanı Nəzrin Mansurovanın yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində septoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.
Əməliyyatı həyata keçirən həkim Sənan Mehdiyev həbs olundu. Amma bu Nəzrini ailəsinə geri qaytarmadı.
Qrand yoxsa EGE? elə ikisi də bir şeydi
Yeri gəlmişkən, ay Möylə müəllim, siz heç sayt, qəzet, jurnal oxumursunuz? Bilmirsiniz ki, EGE HOSPİTAL”da da buna bənzər qəliz məsələlər "N" qədərdi?
Hələ 2016-cı ildə öz ayağı ilə "Grand Hospital”a qaraciyər xəstəlikləri şöbəsinin müdiri, hepatolog Gülnarə Ağayevanın yanına müayinəyə gedən 1980-ci il təvəllüdlü Ramin Ələsgərov (müğənni Əbdül Xalidin xalası oğlu) oradan sağ çıxmadı.
2017-ci ildə cəmi 14 gün ərzində ürəyindən əməliyyat olunmuş 1962-ci il təvəllüdlü Nurağa Qasımovun və gözündən əməliyyat olunan 20 yaşlı Ayşən Mirzəyeva həkiminin səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından əməliyyat zamanı komaya düşərək öldülər və bundan sonra “"Grand Hospital” klinikası adını dəyişib oldu “EGE HOSPİTAL”.
2019-cu ildə Sabirabad rayon sakini, 20 yaşlı Şamxal Məmmədov nə böyük ümidlərlə gəldiyi bu klinikadan ölü çıxdı.
Elə həmin ili klinikada müalicə alan Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko əməliyyat masasında dünyasını dəyişdi.
2020-ci ildə isə klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədovun səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırıldığını heç eşitməmisiniz? Məhz "ayağında" bu qədər pasiyent ölümü olan Qrand Hospitalın niyə EGE Hospital olması da diqqətinizi çəkmədi?

Uzunçuluq etmədən məqaləyə nöqtə qoymaq istəyirəm...

 Əntiqə Rəşid 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Mart 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see200

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see187

Putinin “təhlükəsizlik” mesajının gizli tərəfləri: Kreml rəhbərinin əsl hədəfi kimlərdir? KONKRET

01 Sentyabr 2025 17:32see181

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see179

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see161

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see156

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see139

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see132

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see131

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see130

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see129

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see125

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see125

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see124

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see123

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see123

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see121

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri