Icma.az
close
up
RU
MPL: Qarabağ ın Atletik lə oyunöncəsi son sınağı, Şamaxı autsayderə qarşı

MPL: Qarabağ ın Atletik lə oyunöncəsi son sınağı, Şamaxı autsayderə qarşı

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli komandaların oyunlarına görə Misli Premyer Liqasında yaranan fasilə bu gün başa çatacaq. 

Fanat.Az xəbər verir ki, təxminən iki həftə aradan sonra baş tutacaq VIII turun açılış günündə 2 oyun keçiriləcək.

Turun ilk qarşılaşmasında "Şamaxı" evdə aşkar autsayder "Kəpəz"i sınağa çəkəcək. Azər Bağırov qərb təmsilçisinin xal həsrətinə məhz Şamaxıda son qoymağa çalışacaq. Ayxan Abbasovun baş məşqçisi olduğu "Şamaxı" isə 7 turdan sonra 9 xalla 7-ci pillədə qərarlaşıb. Mümkün qələbə komandanın turnir cədvəlindəki mövqeyini 1-2 pillə yaxşılaşdırmağa şərait yarada bilər.

Günə "Turan Tovuz" - "Qarabağ" matçı ilə yekun vurulacaq. Ağdam təmsilçisi evində qonaq statusunda çıxış edəcək. Qərb təmsilçisi "Azərsun Arena"da keçirəcəyi sonuncu ev oyununda qapını bərk çırpmağa çalışacaq. İddialı komandaların bu turda bir-biri ilə qarşılaşması "köhlən atlar"ı son illər özününküləşdirdiyi lider kürsüsünə çıxara bilər. Bunun üçün ilk növbədə "Turan Tovuz"u yenməli olan "Qarabağ" bugünkü matça Çempionlar Liqası çərçivəsində "Atletik Bilbao" ilə oyuna hazırlıq kimi də yanaşacaq. 

Qeyd edək ki, turun qalan oyunları şənbə ("İmişli" - "Qəbələ", "Sumqayıt" - "Karvan-Yevlax") və bazar ("Sabah" - "Zirə", "Neftçi" - "Araz-Naxçıvan") günləri keçiriləcək.   

Misli Premyer Liqası
VIII tur
17 oktyabr

14.30. “Şamaxı”– “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əkbər Əhmədov.
VAR: Rəşad Əhmədov, Zöhrab Abbasov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Şamaxı şəhər stadionu.

19.00. “Turan Tovuz” – “Qarabağ” 
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Kamal Umudlu, Vüsal Məmmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
“Azersun Arena”.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://fanat.az
archiveBu xəbər 17 Oktyabr 2025 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see185

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see157

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri