MŞ: Azərbaycan mediasında qadınların sayı təxminən 43, kişilərin sayı isə 57 faizdir
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mətbuat Şurasının (MŞ) keçirdiyi sorğuya əsasən, bəlli olub ki, Azərbaycan mediasında qadınların sayı təxminən 43, kişilərin sayı isə 57 faizdir.
"Report" xəbər verir ki, bunu MŞ-nin sədri Rəşad Məcid "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinin sonuncu toplantısında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu, qənaətbəxş göstərici sayıla bilər:
"Bizdən tez-tez soruşulan suallardan biri də Azərbaycan mediasında gender balansı mövzusu idi. Sorğumuzun nəticələrinə əsasən, hazırda jurnalistika sahəsində 43 faizdən çox qadın fəaliyyət göstərir. Lakin rəhbər vəzifələrdə çalışan qadın jurnalistlərin sayı 20 faiz təşkil edir. Ümid edirik gələcəkdə rəhbər vəzifələrdə çalışan qadınların da sayı artacaq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 27 Noyabr 2024 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















