MSK bələdiyyə seçkilərində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Mərkəzi Seçki Komissiyası (MSK) 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Azərbaycan və ingilis dillərində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.
MSK-dan "Report"a verilən məlumata görə, layihənin həyata keçirilməsində başlıca məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki köməklik göstərmək və sərbəst fəaliyyətlərini daha da təkmilləşdirməkdən ibarətdir.
Nəşrdə Seçki Məcəlləsinin əsas aidiyyəti müddəa və anlayışlarının izahı verilib, müşahidə aparılmasına dair qanunvericiliklə müəyyənləşdirilmiş prinsiplər əks olunub, eyni zamanda müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib.
Yaddaş kitabçası Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi müvafiq normativ xarakterli aktlar əsasında tərtib olunub.
“Müşahidəçilər üçün yaddaş”ı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 14 Dekabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















