MSK bələdiyyə seçkilərinin yekunlarına dair protokolu təsdiqləyib
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Report" xəbər verir ki, bununla bağlı MSK-nın bugünkü iclasında müzakirə aparılıb.
İclasda seçkilərin yekunlarına dair ümumi məlumat verilib. Qeyd olunub ki, bələdiyyə seçkilərində yekun seçici fəallığı 31.42 faiz olub. Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb, 8 min 39 bələdiyyə üzvü seçilib.
78 saylı Lənkəran kənd seçki dairəsi (Şürük bələdiyyəsi), 117 saylı Oğuz-Qəbələ-Şəki (Padar bələdiyyəsi) və 81 saylı İmişli (Bəcirəvan bələdiyyəsi) üzrə seçkilərin nəticələri etibarsız hesab edilib. 90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin tərkibi isə tam formalaşmayıb.
Daha sonra bələdiyyə seçkilərinin yekun protokolu qəbul olunub və komissiya üzvləri tərəfindən imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 14 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















