MSK da bələdiyyə seçkiləri ilə bağlı növbəti müraciətlərə baxılıb
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Mərkəzi Seçki Komissiyasında yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
“Report” xəbər verir ki, müraciətləri MSK katibi Arifə Muxtarova, qurumun və Ekspert qrupunun üzvləri Baxşeyiş Əsgərov, Tofiq Həsənov və İlkin Şahbazov təqdim ediblər.
Bildirilib ki, müraciətlər 71 saylı Cəlilabad şəhər (Cəlilabad bələdiyyəsi), 76 saylı Lənkəran-Masallı (Liman bələdiyyəsi), 113 saylı Qax-Şəki (Aşağı Göynük bələdiyyəsi), 81 saylı İmişli (İmişli bələdiyyəsi) seçki dairələri üzrədir.
MSK-nın qərarına əsasən, 71 saylı Cəlilabad şəhər və 81 saylı İmişli seçki dairəsi üzrə müraciətlər əsassız hesab edilib və bununla bağlı dairə seçki komissiyalarının müvafiq qərarları qüvvədə saxlanılıb.
Digər qərarlarla 113 saylı Qax-Şəki və 76 saylı Lənkəran-Masallı seçki dairəsi üzrə müraciətlər isə şikayətvermə müddətinin vaxtının keçməsi ilə əlaqədar olduğundan şikayətçiyə qaytarılıb.
Xatırladaq ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Fevral 2025 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















