MSK sədri və Baş prokurorun aylıq vəzifə maaşı artırılıb
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəzi Seçki Komissiyası sədrinin aylıq vəzifə maaşı 3 060 manatdan 12 000 manata artırılıb.
Ölkə.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mərkəzi Seçki Komissiyası üzvlərinin vəzifə maaşlarının müəyyən edilməsi haqqında 2007-ci il 22 yanvar tarixli 1893 nömrəli sərəncamında dəyişiklik edib.
Bundan başqa, "Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişikliklə Baş prokurorun aylıq vəzifə maaşı 3260 manatdan 13 750 manata qaldırılıb.
Həmçinin Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12 650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat müəyyən edilib.
Bu Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:223
Bu xəbər 19 Mart 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















