Icma.az
close
up
RU
MSnin biabırçı seriyası bitdi, “Liverpul” xal itirdi

MSnin biabırçı seriyası bitdi, “Liverpul” xal itirdi

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Premyer-liqada həftəiçinə salınan 14-cü turun oyunları həm yetərincə məhsuldar keçdi, həm də maraqlı nəticələrlə müşayiət olundu.

Çempion “Mançester Siti” bu turnirdəki 4 oyunluq məğlubiyyət seriyasını bitirdi. “Mançester Yunayted” əsas rəqiblərindən sayılan “Arsenal”a uduzdu. Nəhənglərdən “Liverpul” 3, “Çelsi” 5 qol vurdu, sadəcə, “qırmızılar” yalnız 1 xal qazana bildi. “Tottenhem” isə səfərdə “Bornmut”a uduzdu.
“Liverpul” mövsümdə 3-cü dəfə qələbə qazana bilmədi. Arne Slotun komandasının zəfər yürüşünün qarşısını bəlkə də mövsümdə ən yaxşı oyununu keçirən “Nyukasl” aldı. İlk yarı boyunca dominantlıq edən “sağsağanlar” çoxlu qol vəziyyəti yaratdı, ancaq bunlardan yalnız birini reallaşdırmaqla fasiləyə üstün yollandı. “Liverpul” qətiyyən özünə bənzəmirdi. Qonaqlar nə topa nəzarət edə, nə də kəskin hücumlar qura bilirdi. Amma fasilədən dərhal sonra hesab bərabərləşdi. Sadəcə, bu qol da oyun keyfiyyətində dəyişikliyə səbəb olmadı, “Nyukasl” 62-ci dəqiqədə yenidən irəli çıxdı. Slot cəmi 5 dəqiqə sonra üçlü əvəzetməyə əl atmaqla oyunun axarını dəyişə bildi. Xüsusən də sonradan oyuna qoşulan Aleksander-Arnold fəal idi. Salah məhz onun ötürmələrindən sonra dubl etdi. Ancaq qələbə hesabını qorumaq mümkün olmadı. Çünki son dəqiqələrdə Kelleherin səhvindən sonra Şer hesabı bərabərləşdirdi. Hər iki komanda qaçırılan qol imkanlarına görə heyifsilənə bilər, sadəcə, heç-heçə bu oyun üçün ədalətli nəticədi.
MS azarkeşlərinə, nəhayət, sevinmək üçün əsas verdi. Bütün turnirləri əhatə edən 7 oyunluq qələbəsiz seriya başa çatdı. Pep Qvardiolanın komandası premyer-liqadakı məğlubiyyət seriyasına “Nottingem Forest”lə ev oyununda son qoydu. Oyuna fəal başlayan “şəhərlilər” dərhal təşəbbüsü ələ aldı və Silvanın sayəsində erkən qol vurdu. Meydan sahibləri böyük energi ilə hücum edir, rəqib qapısı önündə müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Düzdü, “meşəçilər” də vaxtaşırı Orteqanı narahat etməyə imkan tapırdı. Onlar hesabı bərabərləşdirmək baxımından bir neçə əlverişli imkanı boşa verdi. MS isə 31-ci dəqiqədə fərqi artırdı. Sentyabrdan bəri ilk dəfə start heyətində görünən De Bruyne fərqləndi. 2-ci hissənin əvvəlində Dokyu fərqi darmadağın həddinə çatdırdı. Yaxınlarda ÇL çərçivəsində keçirilən “Feyenoord”la oyundan fərqli bu dəfə “şəhərlilər” 3 topluq üstünlüyü əldən vermədi. MS birmənalı şəkildə çox vacib qələbə qazandı. Qvardiolanın komandası “Nyukasl” ilə heç-heçə edən “Liverpul”la xal fərqini də 9-a endirdi. Bəlkə də mançesterlilərin mersisaydlıları izləməsinin əsası qoyuldu.
Turun mərkəzi oyununda “Arsenal” MY-ni qəbul etdi. Açıq-aşkar müdafiəyə üstünlük verən Amorimin planı ilk yarıda işə yaradı. MY Dalotun uzaqdan zərbəsindən başqa heç nə ilə yadda qalmadı, düzdü, öz qapısı önündəki təhlükəli vəziyyətləri də minimuma endirdi. Uzaqbaşı Parti ilə Martinellinin künc zərbələrindən sonra fərqlənmək imkanını xatırlamaq olar. Son nəticədə məhz kornerlər londonlulara uğur gətirdi. Fasilədən 10 dəqiqə sonra Raysın yerinə yetirdiyi belə zərbələrdən birini Timber başla tamamladı. Hesabda irəli çıxandan sonra meydan sahiblərinin işi bir qədər asanlaşdı. Sakanın zərbəsindən sonra Onana komandasını xilas etdi. Qonaqlardan isə De Liqt Rayyanın qapısına yol tapa bilərdi. Sona 15 dəqiqə qalmış “topçular” daha bir kornerdən məharətlə yararlandı. Bu dəfə Saka topu oyuna daxil etdi, Parti ötürdü, Saliba bitirdi. Qonaqların geridönüş etmək imkanı yox idi, əksinə, Haverts və Merino “Arsenal”ın 3-cü qolunu da vura bilərdi. Bu qələbə “topçular”ın “Liverpul”la xal fərqini azaltmasına imkan verdi, MY isə hələ də batır...
“Sauthempton”un qonağı olan “Çelsi” erkən qol vura bildi. Fernandesin künc zərbəsindən asmasından yararlanan Disasi müdafiəçiləri qabaqlayıb topu tirin altına göndərdi. Ancaq “müqəddəslər” dərhal bərabərlik qolunu vurdu. Ardından Nkunku və Madueke rəqib qapısına yol tapdı. Hissənin sonunda, daha dəqiqi, 40-cı dəqiqədə meydan sahibləri azlıqda qaldı – Kukurelyanın saçından yapışan Stivens birbaşa qırmızı vərəqə ilə cəzalandı. Londonlular fasilədən sonra bir müddət qol imkanlarını sağa-sola xərclədi. Adarabioyo topu dirəyə vurdu, Palmerin zərbəsinin öhdəsindən Lamli gəldi. 4-cü qol zaman məsələsi idi. Onu Palmer vurdu, 72-ci dəqiqədə meydana çıxan Sanço isə oyunda son nöqtəni qoydu.
“Tottenhem” qeyri-sabit nəticələr göstərməkdədi. “Mahmızlar” mövsümdəki 6-cı məğlubiyyəti “Bornmut”dan aldı. Heysen 17-ci dəqiqədə hesabı açdı, qonaqlar nə qədər çalışsalar da, bərabərlik qolunu vura bilmədilər.
Turun qalan oyunlarına gəlincə, evdə “Brentford”u 3:1 hesabıyla məğlub edən “Aston Villa” azarkeşlərini sevindirdi. “Fulhem” – “Brayton” oyununda da meydan sahiblərinin eyni hesablı qələbəsi qeydə alındı. “Bağbanlar”dan İvobi dublla yadda qaldı. Ruud van Nistelroy “Lester”in “sükanı arxasında” qələbə ilə debüt etdi. “Tülkülər” evdə “Vest Hem”in öhdəsindən gəldi. “Kristal Pelas” mövsümdəki 2-ci qələbəsini “İpsviç” üzərində qazandı.
“Vulverhempton”u darmadağın edən “Everton”un bu hesabla qələbəsi gözlənilməz oldu. Maraqlıdı ki, “canavalar”ın heyətində Douson iki dəfə “qapıların yerini səhv saldı”.
14-cü tur
Nyukasl – Liverpul 3:3
İsak, 35. Qordon, 62. Şer, 90 – Cons, 50. Salah, 68; 83. (52237)
Liverpul: Kelleher, Qomes (Aleksander-Arnold, 67), Kuansa, Van Diyk, Robertson, Qravenberx (Soboslai, 67), Makallister, Salah, Cons, Qakpo (Dias, 67), Nunyes.
Mançester Siti – Nottingem Forest 3:0
B.Silva, 8. De Bruyne, 31. Dokyu, 57. (51764)
MS: Orteqa, Akanci (Uoker, 46), Diaş, Ake (Makeyti, 90), Qvardio, B.Silva, Gündoğan, De Bruyne (Lüis, 74), Dokyu (Savinyo, 90), Holann, Qriliş (Nunyeş, 90).
Arsenal Mançester Yunayted 2:0
Timber, 54. Saliba, 73. (60256)
Arsenal: Rayya, Timber, Saliba, Kivyor, Zinçenko (Merino, 71), Edeqor (Jorjinyo, 90), Parti, Rays, Saka, Haverts, Martinelli (Trossar, 71).
MY: Onana, Mazraui, De Liqt, Maquayr (Yoro, 59), Dalot, Uqarte, Fernandeş, Malasia (Dyallo, 46), Maunt (Reşford, 59), Qarnaço (Zirkzee, 59), Heylunn (Antoni, 79).
Sauthempton – Çelsi 1:5
Aribo, 11 – Disasi, 7. Nkunku, 17. Madueke, 34. Palmer, 77. Sanço, 87. (31193)
Çelsi: Yorgensen, Hüsto, Disasi, Adarabioyo, Kukurelya (Veyqa, 79), Fernandes, Kaysedo, Madueke (Sanço, 72), Palmer (Dyusberi-Holl, 79), Feliş, Nkunku.
Bornmut – Tottenhem 1:0
Heysen, 17. (11234)
Tottenhem: Forster, Qrey, Drequşin, Devis (Porro, 62), Udoci, Sarr (Son Hın Min, 57), Bissuma (Berqvall, 80), Meddison (Verner, 80), Conson, Solanke, Kulusevski.
Aston Villa – Brentford 3:1
Rocers, 21. Uotkins, 28-p. Keş, 34 – Damsqor, 54. (???)
Fulhem – Brayton 3:1
İvobi, 4; 87. O”Rayli, 79-öz qapısına – Baleba, 56. (26368)
Lester – Vest Hem 3:1
Vardi, 2. Əl-Hannus, 61. Daka, 90+1 – Füllkruq, 90+3. (30947)
İpsviç – Kristal Pelas 0:1
Mateta, 60. (29533)
Everton – Vulverhempton 4:0
Yanq, 10. Manqalya, 33. Douson, 49-öz qapısına; 72-öz qapısına. (38820)
1. Liverpul 14 11 2 1 29-11 35
2. Çelsi 14 8 4 2 31-15 28
3. Arsenal 14 8 4 2 28-14 28
4. Mançester S. 14 8 2 4 25-19 26
5. Brayton 14 6 5 3 23-20 23
6. Fulhem 14 6 4 4 21-19 22
7. Nottingem F. 14 6 4 4 16-16 22
8. Aston Villa 14 6 4 4 22-23 22
9. Bornmut 14 6 3 5 21-19 21
10. Tottenhem 14 6 2 6 28-15 20
11. Brentford 14 6 2 6 27-26 20
12. Nyukasl 14 5 5 4 17-17 20
13. Mançester Y. 14 5 4 5 17-15 19
14. Vest Hem 14 4 3 7 18-27 15
15. Everton 14 3 5 6 14-21 14
16. Lester 14 3 4 7 19-28 13
17. Kristal Pelas 14 2 6 6 12-18 12
18. İpsviç 14 1 6 7 13-25 9
19. Vulverhempton 14 2 3 9 22-36 9
20. Sauthempton 14 1 2 11 11-30 5
Bombardirlər: Salah (Liverpul) – 13, Holann (MS) – 12, Vud (Nottingem Forest), Palmer (Çelsi) – 9, Mbemo (Brentford), Cekson (Çelsi) – 8.
Turun rəqəmi
37 – “Nyukasl”la oyunda həm qol vuran, həm də qol ötürməsi verən Salah ən azı iki belə məhsuldar hərəkətlə yadda qaldığı oyunların sayını 37-yə çatdırdı. 32 yaşlı misirli Ueyn Runiyə məxsus rekordu (36) yenilədi. Amma Salahın Runi ilə müqayisədə 214 oyun az keçirdiyini də vurğulayaq.
Turun ulduzu
Kevin de Bruyne (MS) – start heyətinə dönüşü möhtəşəm oldu. Bütün hücumlar onun üzərində qurulurdu. 4 dəfə oyundaşlarını zərbə mövqeyinə çıxardı, 5 dəfə özü zərbə vurdu. Bernardo Silvaya məhsuldar ötürmə verməklə yanaşı, fərqi də artırdı.
Turun sitatı
Ceymi Karrager, sabiq futbolçu/eskpert: “Bəzən uduzmaq lazımdı ki, adamlar sənin nələr etdiyini anlasınlar. Bəlkə də Qvardiola vəzifə iyerarxiyasında ondan yuxarıda dayananlara və azarkeşlərə mesaj göndərirdi. Ancaq MS bu mövsüm premyer-liqanı qazanmayacaq. MS bu kiçik böhranla iki il əvvəlki “Liverpul”u xatırlatdı. Həqiqətən də belə düşünürəm ki, “Siti” ilk “4-lük”də yer almaq uğrunda mübarizə aparacaq”.
Faktlar
* “Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni klub rekordu müəyyənləşdirdi. İspaniyalı mütəxəssis “topçular”ın tarixinə ardıcıl 4 premyer-liqa oyununda MY-ni məğlub edən ilk çalışdırıcı oldu. Bundan başqa, Arteta premyer-liqada MY ilə beş və daha artıq dəfə qarşılaşan mütəxəssislər arasında ən yüksək qələbə faizinə (70) malikdi. Artetanın yetirmələri 10 oyunun yeddisində qələbə qazanıb.
* “Everton”un müdafiəçisi Eşli Yanq premyer-liqa tarixində cərimə zərbəsindən qol vuran ən yaşlı oyunçuya çevrildi. 39 yaşlı ingiltərəli “Vulverhempton”la oyunun 10-cu dəqiqəsində cərimə zərbəsindən hesabı açdı. Bu göstəricidə əvvəlki rekordçu “Vest Hem”in müdafiəçisi Stüart Pirs idi. O, 2000/01 mövümündə - 38 yaşında cərimə zərbəsini qola çevirdi. Ötən ilin yayından “Everton”un şərəfini qoruyan müdafiəçi əvvəllər “Aston Villa”, “İnter”, MY və “Uotford”da çıxış edib.
Oyundan sonra
Ruben Amorim, MY-nin baş məşqçisi:

“Ağır oyun oldu. Öz oyunumuzu göstərməyə çalışdıq, xüsusən də ilk yarıda. Bizə daha çox məşq etmək lazımdı. Standart vəziyyətlər hər şeyi, oyunun axarını dəyişir. Biz standart vəziyyətdən fərqlənə bilmədik, rəqib isə bunu bacardı. Onlar illərdi belə vəziyyətlər üzərində işləyir. Hazırlıq üçün yalnız iki gün vaxtımız var idi, bu gün müdafiə olunmağa çalışdıq”.


Xosep Qvardiola, MS-nin baş məşqçisi:

“De Bruyne bu gün möhtəşəm idi. Əsasən də ilk yarıda. Düzdü, ikinci hissədə də özünü göstərdi. Onun varlığı “Siti”nin oyununa təəccüb doğuran dərəcədə təsir göstərir. Kevinə rəhbərlik etməyə başladığım vaxtdan bəri bunu görürəm”.


Arne Slot, “Liverpul”un baş məşqçisi:

“Bu oyundan sonra qarışıq hisslər keçirirəm. “Liverpul” 2-ci hissədə əla oynasa da, 1-ci hissədə yetərincə yaxşı deyildi. Bəlkə də bu oyun elə 3:3 bitməliydi. “Nyukasl” çox aqressiv idi, bizi səhvlər etməyə məcbur edirdi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:325
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 Dekabr 2024 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri