Icma.az
close
up
RU
MTK ların “qara siyahı”sı: Vətəndaşları aldada bilməyəcəklər

MTK ların “qara siyahı”sı: Vətəndaşları aldada bilməyəcəklər

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu gün yüzlərlə, minlərlə ailə yarımçıq qalan binaların girovuna çevrilib. 

Səbəb isə açıqdır: bəzi MTK-ların məsuliyyətsizliyi, maliyyə intizamsızlığı və rəhbərliyin hüquqi problemləri...Təəssüf ki, mövcud qanunvericilik vətəndaşı tam qoruya bilmir. Bu sahədə artıq konkret mexanizmlər yaradılmalıdır". 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Razi Nurullayev deyib. Deputat qeyd edib ki, bunun üçün ilk növbədə MTK-lar üçün maliyyə təminatının həlli üçün mexanizmlər olmalıdır: 

“Tikintiyə başlamazdan əvvəl şirkətin bank zəmanəti və ya sığorta təminatını təqdim etməsi nəzərdən keçirilməldir. Əgər tikinti yarımçıq qalarsa, bina həmin vəsait hesabına tamamlanmalıdır. İkincisi, vətəndaşın pulu qorunmalıdır. Alıcıların ödədiyi vəsait birbaşa MTK-ya yox, nəzarətli depozit hesablarına köçürülə bilər. 

Pul yalnız tikintinin real mərhələlərinə uyğun olaraq mərhələli şəkildə açılmalıdır. Üçüncüsü, MTK rəhbərliyinin şəxsi məsuliyyəti olmalıdır. Dələduzluğa və ya vəsaitin təyinatdan kənar istifadəsinə görə təkcə şirkət yox, rəhbərlik də şəxsi məsuliyyət daşımalıdır. Belə şirkət və şəxslərə uzunmüddətli tikinti qadağaları və daha sərt məsuliyyət tətbiq olunmalıdır. 

Dördüncüsü, dövlət nəzarəti gücləndirilməlidir. Riskli MTK-ların açıq “qara siyahı”sı yaradılmalıdır. Beşincisi, zərərçəkmiş vətəndaşlar üçün sürətli hüquqi mexanizm olmalıdır: tikinti mübahisələri üzrə xüsusi prosedur, müvəqqəti dövlət tamamlayıcı fondu və pulsuz hüquqi yardım. Mövqeyim aydındır: 

“istədiyini tik, pulu necə gəldi xərclə, sonra məsuliyyətdən yayın” dövrü bitməlidir. Burada söhbət bazardan yox, insan taleyindən gedir. Bu səbəbdən Mülki Məcəlləyə, Şəhərsalma və Tikinti Məcəlləsinə kompleks dəyişiklik paketi hazırlanmalı və birlikdə qəbul edilməlidir”. 

Bu təkliflər əmlak bazarındakı problemləri real şəkildə həll edə bilərmi? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, bir çox ölkədə belə halların qarşısını almaq üçün xüsusi mexanizmlər hazırlanıb: 

“Hazırda Azərbaycan reallığında bəzi Mənzil Tikinti Kooperativləri (MTK) 10–15 il əvvəl tikilən mənzilləri vətəndaşlara təhvil verməyib. Əsasən 2020-ci ildən əvvəl tikilmiş binalarda belə hallar daha çox müşahidə olunur. 

2020-ci ildən sonra tikilən evlərdə isə bu hallara nadir rast gəlinir. Bəzi MTK-ların illərdir yarımçıq vəziyyətdə qalan binalar var. Vətəndaşlar isə artıq pullarını ödəyərək mənzilləri alıblar, lakin tikinti tamamlanmadığı üçün mənzilləri hələ də təhvil ala bilmirlər. Bu, vətəndaşlar üçün ciddi narahatlıq və çətinlik yaradır. Bir çox ölkədə belə halların qarşısını almaq üçün xüsusi mexanizmlər hazırlanıb. 

Bəzi ölkələrdə MTK-ların mənzil satışına yalnız bu halda icazə verilir ki, vətəndaşın pulu hər hansı neytral bank hesabında qalır. Məsələn, vətəndaş 100 kvadratmetrlik evə 200000 manat verib, evi alıb, amma bu pul dərhal şirkətin hesabına keçmir. 

Pul neytral bank hesabında və ya xüsusi zonada qalır. Alqı-satqı müqaviləsi bağlanılır və hər şey qaydasında həyata keçirilir. Şirkət bilir ki, 200000 manat ödənilib, amma hələ şirkətin öz hesabına keçirilməyib. Pul yalnız bina tam tikilib mənzil təhvil verildikdən sonra şirkətə çatır”. 

Onun sözlərinə görə, əgər bina yarımçıq qalarsa və ya tikinti gecikərsə, vətəndaş haqlı səbəbdən tikintinin uzanması və ya yarımçıq qalması halında pulunu neytral bank hesabından geri almaq hüququna malik olur: 

“Bu model bir çox ölkədə işləyir. Çox yaxşı olardı ki, Azərbaycanda da belə model tətbiq edilsin. MTK-lara güclü nəzarət qoyulsun və onlara zəmanət verilsin ki, tikinti başlamaq üçün müəyyən məbləğ hesabda saxlanılsın. Yəni dövlət və ya bank hesabında müəyyən pul saxlanılsın. 

MTK-lara şərt qoyulsun ki, məsələn, 2-3 milyon manat hesabda saxlamalıdır ki, bina tikilib təhvil verilməzsə və ya problem yaranarsa, həmin pul yarımçıq binanın tikintisinə xərclənəcək. Belə sərt qaydalar tikinti şirkətlərinin işinə məsuliyyətlə yanaşmasını təmin edər. Şirkətlər heç cür tikintini 8–10 il uzada bilməz, çünki öhdəlik qoyulub ki, pulu yalnız binanın tikilib təhvil verilməsindən sonra götürə bilərlər”. 

Ekspert qeyd edib ki, prosesdə vətəndaşların da böyük rolu var: 

“Qiymət bazar qiymətindən aşağıdır deyə tikinti şirkəti haqqında heç bir məlumat əldə etmədən mənzili almaq düzgün deyil. Vətəndaşlar mənzil alarkən tikinti şirkəti haqqında məlumat toplamalıdır. Mənzil alarkən, xüsusilə yenitikili çıxarışı olmayan mənzillərdə şirkət haqqında internet saytlarından, mütəxəssislərdən ətraflı məlumat toplansın və qərar yalnız analizdən sonra verilsin. 

Binanın tikintisinin nə vaxt başladığı, tikintinin davam edəcəyi və mənzilin təhvil veriləcəyi barədə bütün məlumatları analiz etdikdən sonra qərar verməlidirlər. Əks halda vətəndaşlar gələcəkdə peşman ola bilərlər. Yanlış addım onların illərlə yarımçıq binalarda qalmasına səbəb ola bilər”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: MTK-lar Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Fevral 2026 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see611

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see241

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see240

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see229

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see207

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see205

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see187

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see166

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see153

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri