Icma.az
close
up
RU
MTN generalı azadlığa çıxdı Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı

MTN generalı azadlığa çıxdı Mövlam Şıxəliyevlə eyni gündə qandallanmışdı

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Azərbaycanın yaxın tarixində “MTN işi” adı ilə tanınan cinayət dosyesi illərdir gündəmdədir. Bir vaxtlar dövlətin ən güclü, ən qorxulu strukturu olan Milli Təhlükəsizlik Nazirliyi indi keçmişdə qalmış bir xatirədir. Amma məhkəmə qərarları ilə rütbələri alınmış keçmiş generalları hələ də ölkə gündəmini silkələməkdə davam edir. Bu dəfə xəbərin baş qəhrəmanı Nizami Şirinovdur. O, artıq azadlıqdadır.

Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib. 2021-ci ilin aprelində iki MTN generalının qandallanması ölkədə böyük rezonans doğurmuşdu.

Mövlam Şıxəliyev və Nizami Şirinov Eldar Mahmudovun yetişdirdiyi, eyni vəzifə məktəbinin keçdiyi şəxslər idi. Biri MTN-in Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə rəhbərlik edir, digəri isə İstintaq Baş İdarəsini idarə edirdi. 2015-ci ilin oktyabrında birdən Eldar Mahmudovun qurduğu ibdar sistemin sütunları çökdü. Dövlət təhlükəsizliyi adı altında illərlə insanlara qorxu aşılayan bir qurumun içindən korrupsiya, rüşvət, hədə-qorxu, qanunsuzluq dosyeləri bir-bir üzə çıxmağa başladı. Hər iki generalın işi sonradan Bakı Hərbi Məhkəməsinə göndərildi. Nizami Şirinovun cinayət işi hakim Camal Ramazanovun sədrliyi ilə araşdırıldı. İstintaq və məhkəmə sənədləri göstərdi ki, Nizami Şirinov və onunla birlikdə ittiham olunan zabitlər illərlə “himayədarlıq” mexanizmi qurublar.

Onlar MTN Akademiyasına qəbuldan tutmuş, orduda vəzifəyə təyinata qədər hər addımı pulla həll ediblər. Məhkəmədə sübuta yetirildi ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb. Bu, bir nəfərin şəxsi korrupsiyası deyildi. Bu, MTN sisteminin daxilində qurulmuş bir “qara kassa” idi. Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərdi, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verdi.

Nizami Şirinov 8 il azadlıqdan məhrum edildi. Amma o, məhkəmə dövründə Mövlam Şıxəliyevdən fərqli bir taktika seçdi. Zərərçəkənlərə dəymiş ziyanı ödədi, üzr istədi, “peşmanam” dedi. Sonra qərarlar bir-bir yumşaldıldı.

Apellyasiya Məhkəməsi cəzanı 6 ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirdi. Və indi 2025-ci ilin payızında o artıq azad adamdır. “MTN işi”nin generallarından biri azadlığa çıxıb.

Amma eyni gündə qandallanmış digər general Mövlam Şıxəliyev hələ də 9 saylı Cəzaçəkmə müəssisəsində azadlıqdan uzaqdır. Qarşıda 8 il cəza müddəti var.

Onun işi Azərbaycan məhkəmə tarixinin ən ağır korrupsiya işlərindən biri kimi yadda qaldı.

İstintaq müəyyən etdi ki, Mövlam Şıxəliyev və mütəşəkkil dəstəsi 14 milyon 292 min manat məbləğində rüşvət, 5 milyon 77 min manat isə hədə-qorxu ilə əldə edib.

WhatsApp Image 2025-10-11 at 09.56.31 (1).jpeg (32 KB)

Üstəlik, o, sübutları saxtalaşdırıb, səlahiyyətlərini aşıb, zərərçəkmişlərə bir qəpik də qaytarmayıb. Bakı Hərbi Məhkəməsi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Mövlam Şıxəliyevə 12 il azadlıqdan məhrumetmə cəzası kəsdi.

Rütbəsi, ordenləri, medalları əlindən alındı. Prezident İlham Əliyev onun general-mayor ali hərbi rütbəsindən və “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” orden və medallarından məhrum edilməsi barədə sərəncam imzaladı.

Ali Məhkəmə onun kassasiya şikayətini təmin etmədi.Və bu gün Mövlam Şıxəliyev hələ də dəmir barmaqlıqlar arxasındadır. 2015-ci ildə MTN ləğv olundu, onun yerində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradıldı. Bu, dövlətin köhnə sistemlə vidalaşma qərarı idi.

Amma MTN-dən qalan kölgələr, korrupsiya və qorxu mirası hələ də yaddaşlardan silinməyib. Nizami Şirinov və Mövlam Şıxəliyev dosyeləri həmin kölgələrin ən real xatırlatmasıdır.

Biri azadlıqda nəfəs alır, digəri hələ də dəmir qapılar arxasında saniyələri, dəqiqələri, saatları və günləri sayır.

Bu iki ad indi tarixin eyni səhifəsindədir. Biri tövbənin, digəri təkəbbürün simvolu kimi yaddaşlara həkk olunub.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Oktyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Pərvin Abıyeva Səidə Sultanın məşhur müğənni ilə intim FOTOlarını YAYDI

10 Oktyabr 2025 01:33see173

Ağdamda atası tərəfindən şiddətə məruz qalan Musa sağalıb

09 Oktyabr 2025 16:33see161

Nazir: Aktiv məşğulluq proqramlarının genişləndirilməsi prioritet fəaliyyət istiqamətlərindən biridir

09 Oktyabr 2025 18:37see143

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

09 Oktyabr 2025 19:42see133

Onları NATO dan çıxarmaq lazımdır

10 Oktyabr 2025 01:41see130

Səkkiz qurbağanı diri diri udan Çinli qadın xəstəxanalıq olub...

10 Oktyabr 2025 01:08see129

Mətanət Əsədova: “Ana kimi sevdiyim Əminə xanım getdi...” VİDEO

09 Oktyabr 2025 16:44see129

Gəncə Dövlət Universitetinin magistr tələbələri ilə görüş keçirilib FOTO

09 Oktyabr 2025 16:34see129

Əl Ərəbiyyə: Həmas Qəzza razılaşmasına əsasən tam tərksilahdan imtina edir

09 Oktyabr 2025 17:40see128

Avtomobil oğurlamasını ayaqlarının yorulmasıyla əlaqələndirib...

11 Oktyabr 2025 00:36see126

Almaniya Rusiya ordusuna Krımın ilhaqı ərəfəsində təlim keçib Spiegel

10 Oktyabr 2025 18:48see125

Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq

10 Oktyabr 2025 08:52see125

Killian Mbappe: “Yamaldan əl çəkin”

10 Oktyabr 2025 03:37see120

Təcili: İrəvanda fəlakət xəbərdarlığı edildi Təhlükəli vəziyyət

11 Oktyabr 2025 13:01see120

Onun adı Bibiheybət deyil Alimdən sensasion araşdırma

09 Oktyabr 2025 23:18see120

O qolu ancaq Mbappe vura bilərdi Ayxan Abbasov

11 Oktyabr 2025 01:21see119

5 il öncə BU GÜN 9 oktyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

10 Oktyabr 2025 19:03see118

Türkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib FOTO

10 Oktyabr 2025 19:59see118

Kanadanın Baş nazirindən davamlı sülhə çağırış

10 Oktyabr 2025 02:43see118

Azı qərar, çoxu zərər...

11 Oktyabr 2025 05:51see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri