MTN generallarının əmlakı satıldı Zərərçəkənlərə yüz minlərlə manat ödəndi
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin müsadirə olunmuş əmlakı satışa çıxarılaraq realizə edilib.
“AzPolitika.info” “Gününsəsi.info” saytına istinadla xəbər verir ki, əmlakın satışından əldə olunan vəsait onun əleyhinə şikayət etmiş bir qrup zərərçəkənə ödənilib.
Zərərçəkənlərdən biri də bir neçə il əvvəl yaşadığı vaqonda vəfat edən keçmiş milyonçu Rəhman Məliklidir. Mövlam Şıxəliyev ona külli miqdarda borclu olsa da, ölümündən əvvəl Rəhman Məlikliyə 550 min manat ödənildiyi bildirilir.
Həmçinin məlumata görə, əmlak satışından əldə olunan vəsaitin bir hissəsi əslən Naxçıvandan olan iş adamı Hüseyn Səfərova da ödənilib. Mövlam Şıxəliyevə qarşı 2 milyon manatlıq iddiası olan Səfərov 250 min manat ala bilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə general Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 İyun 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















