Icma.az
close
up
RU
“MTN işi” dalana dirənib zərərçəkən intihar həddinə çatdırıldığını deyir

“MTN işi” dalana dirənib zərərçəkən intihar həddinə çatdırıldığını deyir

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“Hazırda mən Nərimanov Rayon Məhkəməsinin qanunsuz qərarından apellyasiya şikayəti vermişəm. Lakin aldığım məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bu işə qanunsuz müdaxilə edir və qərarın qüvvədə saxlanılmasında maraqlıdır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Musavat.com-a “MTN işi” üzrə zərərçəkən Hüseyn Səfərov deyib.

Onun sözlərinə görə, bu gün Bakı Apellyasiya Məhkəməsində şikayətlərinə baxılacaq. Hüseyn Səfərov və digər zərərçəkənlər şikayətlərinə baxılarkən qanunsuzluqlara yol veriləcəyindən narahatdırlar. Deyirlər ki, Nərimanov Rayon Məhkəməsində çıxarılmış qanunsuz və əsassız qərarın apellyasiya instansiyasında da heç bir əsas olmadan qüvvədə saxlanılacağı barədə qarşı tərəfdən məlumat alıblar.

Zərərçəkənlər Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərovun qanunsuzluqlara şərait yaratmasına etiraz etdiklərini, bununla bağlı ölkə rəhbərliyinə, Ali Məhkəmə sədrinə və digər səlahiyyət sahiblərinə yazılı müraciət edərək tədbir görülməsini xahiş etdiklərini deyiblər.

Bildirirlər ki, Bakı Apellyasiya Məhkəməsində baş verən qanunsuzluqlar, məhkəmə sədrinin prosesə qanunsuz müdaxiləsi onları intihar həddinə gətirib.

Hüseyn Səfərov veriləcək qanunsuz qərara etiraz olaraq məhkəmə binası önündə intihar edəcəyini vurğulayıb:

“İllər öncə MTN-də başımıza açılan oyunları bu gün Bakı Apellyasiya Məhkəməsində Mübariz Əkbərov davam etdirir. Mübariz Əkbərov Bakı Hərbi Məhkəməsinin zərərçəkənlərə vurulmuş ziyanın qarşılanması haqda qərarında göstərilən növbəlilik prinsipinə məhəl qoymayan Nərimanov Rayon Məhkəmə icraçılarının özbaşına, Bakı Hərbi Məhkəməsinin qərarını heçə sayan əməllərinə qanuni don geyindirməyə həvəslənib. Bu qanunsuzluq baş verərsə, mən Mübariz Əkbərovun cinayətə bərabər qərarına etiraz olaraq Bakı Hərbi Məhkəməsinin önündə intihar edəcəyəm. Bizə başqa yol qoymurlar”.

Zərərçəkənlərin apellyasiya instansiyasına təqdim etdikləri şikayət ərizəsində Nərimanov Rayon Məhkəmə icraçılarının qanunsuz hərəkətlərinin qarşısının alınmasını tələb edirlər. Deyirlər ki, sosial şəbəkədə Nərimanov Rayon Məhkəməsində üzləşdikləri qanunsuzluq barədə çıxışlar etdikdən sonra məhkəmə sədrinin köməkçisi Emin telefonla Hüseyn Səfərovla əlaqə saxlayıb. Ona “burada (Nərimanov Rayon Məhkəməsində) qəbul edilmiş qərarın üzərində dayanacağam və nə qədər lazımdırsa, pul verib apellyasiyada da qərarı qüvvədə saxlayacağam” deyib.

Zərərçəkənlər qeyd edirlər ki, şikayətləri üzrə Bakı Apellyasiya Məhkəməsində keçirilən proseslərdə Nərimanov Məhkəmə sədrinin köməkçisinin sözlərinin həyata keçəcəyini müşahidə ediblər. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesinin obyektivliyinə və şəffaflığına ciddi şübhələr yarandığından sədr Mübariz Əkbərova yazılı müraciət etməklə qanunsuzluqların önlənməsini xahiş ediblər.

Hüseyn Səfərov deyir ki, Mövlam Şıxəliyev və digərlərinin işi üzrə 2023-cü ilin mart ayında Bakı Hərbi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsinin qərarları qanuni qüvvəsini alıb. Bundan sonra qərar üzrə icra sənədi Nərimanov Rayon İcra Şöbəsinə təqdim edilib. Lakin bu qərarın icrası məqsədli şəkildə ləngidilib, icra məmurları şəxsi maraqlarına uyğun hərəkət edib və qərarların qanunsuz şəkildə dəyişdirilməsi üçün müdaxilələrə yol veriblər. Buna görə də Nərimanov Məhkəməsinə müraciət etməklə icra məmurlarının qanunsuzluğuna son verilməsi tələbi ilə çıxış ediblər. Nərimanov Məhkəməsi şikayətlərini təmin etməyib.

“Dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova qəbul üçün müraciət etmişəm, lakin heç bir nəticə əldə edə bilməmişəm. Onun məni qəbuldan imtina etməsi və işə qanunsuz müdaxilə etdiyi barədə məlumatlar məni narahat edir. Bu hallar bizlərə qarşı qərəzlilik olduğunu təsdiqləyir. Ona görə də ölkə rəhbərliyindən xahiş edirik ki, bu işin şəffaf və qanuni qaydada araşdırılması təmin olunsun. Bakı Apellyasiya Məhkəməsindəki qanunsuz müdaxilələrə son qoyulması üçün göstəriş verilsin. Məhkəmə sədrinin fəaliyyətini və davranışlarını obyektiv şəkildə araşdırmaq üçün tədbirlər görülsün. Bu prosesin hüquqi çərçivədə və ədalətli şəkildə həll olunacağına ümid edirəm. Qanunsuzluq edəcəklərsə, həyatımdan bezmişəm, intihar həddindəyəm, sabah məhkəmə binası qarşısından intihar edəcəyəm. Baş verənlərin məsuliyyəti birbaşa Mübariz Əkbərovun üzərinə düşəcəkdir” - deyə zərərçəkən Hüseyn Səfərov bildirib.

Qeyd edək ki, Mövlam Şıxəliyev MTN İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunurlar.

İttihamda bildirilib ki, Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib. 21 sentyabr 2022-ci ildə, iş üzrə Bakı Hərbi Məhkəməsində çıxarılıb. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər.

Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi 2023-cü ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi.

Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir.

Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - “Sahil” metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi. Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Baş Prokurorluq da bu qərardan narazı idi, cinayət yolu ilə əldə olunan əmlakların müsadirəsi tələb olunurdu. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər.

Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:282
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Yanvar 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see315

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see295

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see294

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see245

DGK nazirə məxsus olduğu bildirilən şirkətdən 119 minlik baytarlıq avadanlığı alır

23 Sentyabr 2026 16:32see237

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see213

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see210

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see210

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see207

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see206

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see205

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see204

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see202

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see200

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see198

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see185

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see182

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see178

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see177

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri