Icma.az
close
up
RU
Müalicə turizmi üçün Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Müalicə turizmi üçün Azərbaycana gələn əcnəbilərin sayı açıqlanıb

Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın sağlamlıq turizm imkanlarının və sağlamlıq turizm məhsullarının beynəlxalq miqyasda tanıdılması, təbliğatının aparılması istiqamətində Dövlət Turizm Agentliyi tərəfindən intensiv iş aparılır.

Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilir ki, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə xarici sərgilərdə Azərbaycanın sanatoriya-kurort müəssisələri də iştirak edərək bu sahədə təbliğatın aparılmasına dəstək verirlər:

“Son illərdə bu sahəyə marağın artması ilə əlaqədar bir sıra turizm şirkətləri yerli sanatoriya və müalicə mərkəzləri ilə əməkdaşlıq çərçivəsində müxtəlif turpaketlər hazırlayırlar.

2024-cü il ərzində Azərbaycanın sağlamlıq turizmi xidmətlərindən faydalanmaq üçün ümumilikdə 23 272 nəfər xarici vətəndaş səfər edib ki, bu sayın təxminən 83.4%-ni MDB ölkələrindən gələnlər təşkil edib. Səfər edənlər arasında ilk beşlikdə Rusiya Federasiyası (15 360 nəfər), Qazaxıstan (2 199 nəfər) , Türkiyə (1311 nəfər), Gürcüstan 1068 (nəfər) və Özbəkistan 935 (nəfər) vətəndaşları yer alır. İlk onluqda Qırğızıstan, Türkmənistan, Tacikistan, Ukrayna və Belarus kimi ölkələr sıralanır”.

Qeyd edilib ki, iyulun 17-də “Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupu”nun iclasında İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyi, Naftalan Şəhər İcra Hakimiyyəti kimi dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edib.

“İşçi qrup tərəfindən “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 308 nömrəli Sərəncamının icrasının təmin edilməsi” barədə Nazirlər Kabinetinin 8 oktyabr 2024-cü il tarixli 515s nömrəli Sərəncamının bəndlərinin icrasının təmin olunması məqsədilə hazırlanan sənədlərin cari vəziyyəti ilə bağlı müzakirə keçirilib. Həmçinin “Naftalan” kurortunda asudə vaxtın təşkil edilməsi barəsində fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib. Naftalanı ziyarət edən turistlərin sağlamlıq-kurort müəssisələrindən istifadəsi ilə yanaşı, asudə vaxtlarında digər sosial-mədəni fəaliyyətlərdən istifadə etmələri üçün mövcud şəraitin inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub”, – qurumdan əlavə olunub.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 İyul 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri