Icma.az
close
up
RU
Müasir Azərbaycan Respublikası və dövlətçilik siyasəti

Müasir Azərbaycan Respublikası və dövlətçilik siyasəti

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Manaf Talıbov

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra sürətli inkişaf yolu keçərək regionun ən mühüm dövlətlərindən birinə çevrildi. Bugünkü Azərbaycanın uğurlarının əsasını güclü dövlətçilik siyasəti, milli maraqlara sadiqlik və Prezidentin uzaqgörən liderliyi təşkil edir.

Dövlət idarəçiliyi və siyasi sistem

Konstitusiyaya əsasən Azərbaycan Respublikası prezident üsul-idarəsi ilə idarə olunur. Prezident həm dövlətin başçısı, həm də icra hakimiyyətinin rəhbəridir. Onun həyata keçirdiyi islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırmış, qanunverici və məhkəmə hakimiyyətləri ilə balanslı şəkildə fəaliyyətinə şərait yaratmışdır. Hakimiyyət bölgüsünün möhkəmləndirilməsi ölkəmizin demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir.

İqtisadi inkişaf siyasəti

İqtisadi inkişaf siyasəti 1990-cı illərin ağır böhranlı dövründən sonra Prezidentin müəyyən etdiyi neft strategiyası və enerji diplomatiyası Azərbaycanı regionun aparıcı iqtisadi gücünə çevirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, “Cənub Qaz Dəhlizi” kimi beynəlxalq layihələr ölkəmizin enerji xəritəsini dəyişdirib, milli maraqlarımızı beynəlxalq miqyasda təmin edib. Hazırda dövlət başçısının təşəbbüsü ilə qeyri-neft sektoru, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sürətlə inkişaf etdirilir ki, bu da iqtisadiyyatın dayanıqlılığını təmin edir.

Xarici siyasət və milli maraqlar

Azərbaycan balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursu yürüdür. Prezidentin qətiyyətli mövqeyi nəticəsində ölkəmiz həm qonşular, həm də dünya gücləri ilə bərabərhüquqlu əməkdaşlıq qurub. 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzün bərpası Azərbaycanın dövlətçilik tarixində ən böyük qələbə olmuşdur. Bu tarixi hadisə Prezidentin milli maraqların qorunmasında qətiyyətli fəaliyyətinin bariz nümunəsidir.

Mədəniyyət və cəmiyyət

Prezidentin dəstəyi ilə Azərbaycan mədəni irsi beynəlxalq səviyyədə tanıdılır. Muğam, xalçaçılıq, aşıq sənəti UNESCO-nun siyahısına daxil edilmişdir. Dövlət başçısının və Birinci vitse-prezidentin təşəbbüsləri ilə təhsil, gənclər siyasəti, elm və innovasiya sahələrində mühüm proqramlar həyata keçirilir. Bu siyasət müasir, bilikli və milli dəyərlərə sadiq yeni nəslin formalaşmasına xidmət edir.

Müasir Azərbaycan Respublikası Prezidentin güclü liderliyi, dövlətçiliyə sadiq siyasəti və milli maraqların qətiyyətlə qorunması sayəsində regionun ən nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Müstəqilliyin möhkəmləndirilməsi, xalqın rifahının yüksəldilməsi və milli təhlükəsizliyin təmin olunması dövlət siyasətinin əsas hədəfləridir. Bugünkü Azərbaycan həm siyasi sabitliyi, həm də beynəlxalq nüfuzu ilə milli maraqların qorunmasının canlı nümunəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri