Icma.az
close
up
RU
Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

Müasir Azərbaycan tarixinin daha bir əlamətdar səhifəsi

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Milli Məclisin 24 iyun 1993-cü il tarixli qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyəti Heydər Əliyevə keçmişdir
Ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə qazanmış respublikamız naşı iqtidarların ucbatından dərin siyasi, sosial-iqtisadi və hərbi böhranla üzləşmişdi. Xüsusən AXC-Müsavat cütlüyünün təcrübəsizliyi, xəyanəti, idarəçilikdən zərrə qədər xəbəri olmayan qrupların daxili mübarizəsi ölkəni xaos və anarxiya məngənəsinə salmışdı.
1993-cü ilin yayında daxili çəkişmələr pik həddə çatdı, Gəncədə qardaş qanı töküldü, ölkədə faktiki olaraq vətəndaş müharibəsi təhlükəsi yarandı. Digər tərəfdən isə torpaqlarımız işğal olunur, ölkənin cənub və şimalında separatizm meyilləri baş qaldırırdı. Bütün bunların nəticəsində Azərbaycan uçurumun kənarında idi, dövlət nəinki müstəqilliyini itirmək, hətta parçalanmaq və xəritədən silinmək təhlükəsi ilə qarşı-qarşıya idi.
Həmin dövrdə ölkəni xilas edə biləcək siyasi lider kimliyi isə bütün xalqımıza, o cümlədən iqtidarda təmsil olunanlara bəlli idi. Həmin lider görkəmli dövlət xadimi, siyasi dühası və mükəmməl idarəçilik bacarığı ilə tükənməz Vətən sevgisini öz şəxsiyyətində birləşdirən xalqın böyük oğlu Heydər Əliyev idi. Ona görə bütün nəzərlər Naxçıvana yönəlmişdi, xalq liderini təkidlə Bakıya, siyasi hakimiyyətə çağırırdı.
Vətənin taleyini öz taleyi kimi qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gələrək xilaskarlıq missiyasını öz üzərinə götürdü. Vətəndaş müharibəsinin qarşısını almağa nail olan Ulu Öndər 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və bu tarix dövlətçilik salnaməsinə Milli Qurtuluş Günü kimi həkk olundu.
Milli Qurtuluş Günündən cəmi 9 gün sonra - 24 iyun 1993-cü ildə Milli Məclisin qərarı ilə daha bir tarixi qərar qəbul edildi. Respublika Prezidentinin səlahiyyəti Ali Sovetin Sədri Heydər Əliyevə keçdi. Bu tarix müstəqil Azərbaycan dövlətinin iflasdan xilas olaraq yeni inkişaf, quruculuq və dirçəliş dönəminə qədəm qoyduğu ən əlamətdar günə çevrildi.
İyunun 24-dən Prezident səlahiyyətlərinin icrasına başlayan Ulu Öndər Heydər Əliyev respublikada milli birliyi təmin edən siyasi dəyişikliklərin əsasını qoydu. 4 iyun hadisələrindən və ölkədəki anarxiyadan sui-istifadə edərək respublikanı parçalamaq, şimalda və cənubda qondarma qurumlar yaratmaq istəyən anti-Azərbaycan dairələrin məkrli planları məhz Ulu Öndərin müdrikliyi və xalqın qətiyyəti sayəsində darmadağın edildi. Qeyri-qanuni silahlı dəstələr qısa müddətdə zərərsizləşdirildi, cinayətkarlığa qarşı barışmaz mübarizə elan olundu.
Ulu Öndərin həm Ali Sovetin Sədri, həm də prezident səlahiyyətlərini icra edən şəxs kimi ölkəyə rəhbərlik etdiyi qısa, lakin taleyüklü dövrdə dövlət idarəçiliyinə tamamilə yeni nəfəs gəldi. Ümummilli Lider ilk növbədə parlamentarizm ənənələrini azərbaycançılıq ruhunda kökündən dəyişdi. Əvvəllər əlbəyaxa döyüşlərin və vulqar leksikonun məkanı olan parlament Ulu Öndərin siyasi xarizması sayəsində sivil müzakirələrin ünvanına çevrildi. Ümummilli Lider iclasları idarəetmə üslubu ilə "mikrofon qəhrəmanları"na siyasi mədəniyyət və demokratiya dərsi keçdi.
Dövlət idarəetməsində təcrübəsi olmayan, təmsil edildikləri vəzifələrdə yalnız uğursuzluq gətirən naşı şəxslər peşəkar kadrlarla əvəzləndi. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycan tarixinə qurtuluş ili kimi daxil oldu.
24 iyun 1993-cü ildən sonra bərqərar olan ilkin sabitlik ölkənin qarşısında dayanan bütün siyasi prioritetlərin həyata vəsiqə alması üçün əlverişli şərait formalaşdırdı. 1993-cü il oktyabrın 3-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi isə Milli Qurtuluş salnaməsinin mühüm tarixi hadisəsi, müstəqil Azərbaycanın etibarlı gələcəyinə gedən yolun növbəti siyasi-hüquqi uğuru oldu. Heydər Əliyevin prezident seçkilərində böyük üstünlüklə qələbə qazanması xalqımızın Ulu Öndərin siyasi iradəsinə və xilaskarlıq missiyasına olan dərin inamından qaynaqlanırdı. Xalqı bilirdi ki, ölkəni ağır siyasi və hərbi böhranlardan xilas edən Heydər Əliyev həm də iqtisadi tənəzzülə son qoyacaq, Azərbaycanı inkişaf yoluna çıxaracaq.
Ümummilli Lider ölkəmizin xilasının həm də güclü iqtisadi təməllərə bağlı olduğunu önə çəkərək məşhur devizini elan etdi: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Bu uzaqgörən yanaşmanın nəticəsi olaraq 20 sentyabr 1994-cü ildə tarixi "Əsrin müqaviləsi" imzalandı. Sonrakı illərdə tarixi neft və qaz kəmərlərinin təməlinin qoyulması ilə Azərbaycanın gələcək iqtisadi müstəqilliyi birdəfəlik təmin olundu.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Ümummilli Liderin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan iqtisadi və sosial rifah yolunda qətiyyətli addımlarla irəliləyən bir ölkə oldu.
Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etdi. Ümummilli Liderin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin qətiyyətli siyasi kursu isə Azərbaycanı regionda lider dövlətə, dünyada söz sahibinə, orta gücə çevirdi. Ümummilli Liderin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin layiqincə təmin etdiyi hərbi, iqtisadi və diplomatik prioritetlərin məntiqi nəticəsi olaraq Azərbaycan 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində ərazi bütövlüyünü tam bərpa etdi. 1993-cü ilin iyunundan başlayan qurtuluş və dirçəliş yolu Şuşada, Xankəndidə dalğalanan bayrağımızla öz tarixi zirvəsinə ucaldı. Bu gün Azərbaycan təkcə öz torpaqlarını azad etmiş bir dövlət deyil, eyni zamanda Cənubi Qafqazın təhlükəsizlik qarantı, beynəlxalq dialoq məkanı və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir ölkədir.
Dünya bu gün Azərbaycanı modern, demokratik və hər sahədə nümunə yaradan bir dövlət kimi tanıyır. Bu dövlətin memarı 1993-cü ilin 9 iyunda Bakıya qayıdan, 15 iyunda qurtuluşa vəsilə olan, 24 iyunda isə prezident məsuliyyətini çiyinlərinə götürərək ölkəmizi qaranlıqdan aydınlığa çıxaran, tənəzzüldən tərəqqiyə aparan Ümummilli Lider Heydər Əliyevdir. Xalqımız Milli Qurtuluş salnaməsinin əlamətdar tarixi günlərində böyük şəxsiyyəti dərin hörmət, ehtiram və minnətdarlıqla yad edir. Nə yaxşı ki, bu müstəqil dövləti bizə bəxş edən Heydər Əliyev dühası olub və nə yaxşı ki, onun müqəddəs irsini eyni qətiyyətlə gələcəyə daşıyan Prezident İlham Əliyev kimi güclü Liderimiz var!
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 İyun 2026 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri