Icma.az
close
up
RU
Müasir Azərbaycanın taleyini müəyyən edən LİDERLİK MİSSİYASI

Müasir Azərbaycanın taleyini müəyyən edən LİDERLİK MİSSİYASI

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan dövlətçilik tarixində elə şəxsiyyətlər var ki, onların adı müəyyən bir dövrü, bir epoxanı, bir yüksəliş mərhələsini təcəssüm etdirir. Prezident İlham Əliyev məhz bu nadir tarixi şəxsiyyətlər sırasındadır. 24 dekabr Azərbaycan xalqı üçün təkcə bir Liderin doğum günü deyil, bu tarix müstəqil Azərbaycan dövlətinin güclənməsinin, möhkəmlənməsinin və qlobal miqyasda söz sahibi olmasının rəmzi kimi dəyərləndirilir. Çünki son iyirmi iki ildən artıq müddətdə ölkənin əldə etdiyi bütün fundamental nailiyyətlər, siyasi, iqtisadi və hərbi uğurlar Prezident İlham Əliyevin adı və qətiyyətli iradəsi ilə birbaşa bağlıdır.

2003-cü ildə Azərbaycan xalqının böyük etimadı ilə Prezident seçilən cənab İlham Əliyev ölkəyə mürəkkəb, ziddiyyətli və təhlükələrlə dolu bir mərhələdə rəhbərlik etməyə başladı. Regional qarşıdurmalar, Ermənistanın davam edən işğal siyasəti, beynəlxalq təzyiqlər və postsovet məkanına xas iqtisadi problemlər fonunda Azərbaycan yalnız güclü siyasi Liderlik hesabına inkişaf edə bilərdi. Cənab İlham Əliyev məhz belə bir Lider kimi tarix səhnəsinə çıxdı. O, dövlət idarəçiliyində praqmatik yanaşmanı, milli maraqlara söykənən prinsipial mövqeyi və uzunmüddətli strateji baxışı əsas götürərək ölkənin gələcək inkişaf konturlarını dəqiqliklə müəyyən etdi. 

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev xalqa 1 oktyabr 2003-cü il tarixli müraciətində bildirmişdir: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkilərində xalq öz səsini  Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Prezident İlham Əliyevin siyasi kursunun əsasını Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının davamı təşkil edir. Lakin bu davamlılıq, eyni zamanda, yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirilmiş, modernləşdirilmiş və daha çevik idarəetmə mexanizmləri ilə tamamlanmışdır. Ötən dövrdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etdi, ölkəmizin beynəlxalq nüfuzu yüksəldi, dünyada strateji əhəmiyyəti artdı. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə yüksəldi. Neft gəlirlərinin məqsədyönlü şəkildə idarə olunması, Dövlət Neft Fondunun şəffaf fəaliyyəti, strateji ehtiyatların yaradılması ölkənin makroiqtisadi sabitliyini təmin etdi. Dövlət başçısı İlham Əliyevin əsas prinsipial mövqeyi ondan ibarət idi ki, təbii sərvətlərdən əldə olunan gəlirlər xalqın rifahına xidmət etməlidir və bu prinsip ardıcıl şəkildə həyata keçirildi. İqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarı olduğu, həmçinin imzaladığı Fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Görülən genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycanın enerji siyasəti Prezident İlham Əliyevin dövründə qlobal əhəmiyyət kəsb edən səviyyəyə çatdı. “Şahdəniz” yatağının ikinci mərhələsinin istismara verilməsi, Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP layihələrinin reallaşdırılması Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirdi. Bu layihələr təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də ölkənin geosiyasi çəkisini artıran mühüm strateji alətlər oldu. Bu gün Azərbaycan etibarlı enerji tərəfdaşı kimi beynəlxalq aləmdə yüksək nüfuza malikdirsə, bu, Prezident İlham Əliyevin uzaqgörən və balanslı xarici siyasətinin nəticəsidir.

Prezident İlham Əliyev neft amilindən asılılığın azaldılmasını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması, kənd təsərrüfatının modernləşdirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarının ardıcıl icrası ölkə iqtisadiyyatının dayanıqlığını təmin etdi. Azərbaycanın regionlarında minlərlə yeni müəssisə yaradıldı, işsizlik azaldıldı, infrastruktur layihələri həyata keçirildi. Bu siyasət nəticəsində paytaxtla bölgələr arasında inkişaf fərqi əhəmiyyətli dərəcədə azaldı və vahid iqtisadi məkan formalaşdı.

Dövlət başçısı İlham Əliyevin fəaliyyətində ordu quruculuğu xüsusi yer tutur. O, hər zaman bəyan edirdi ki, qüdrətli dövlətin əsas dayaqlarından biri güclü ordudur. Məhz bu baxışın nəticəsi olaraq Azərbaycan Ordusu texniki təchizatına, döyüş hazırlığına və peşəkarlıq səviyyəsinə görə regionun ən güclü Silahlı Qüvvəsinə çevrildi. Müdafiə sənayesinin yaradılması, müasir silah və texnologiyaların tətbiqi, peşəkar hərbi kadrların hazırlanması sistemli şəkildə həyata keçirildi. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  44 gün davam edən Vətən müharibəsində tarixi Zəfərə imza atmaqla, həmçinin  bir günlük antiterror tədbirlərində suverenliyimizi tam bərpa etməklə hansı gücə, imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi.  44 günlük Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına qürur, şərəf və ləyaqət dastanı kimi həkk olundu. Bu Qələbə yalnız hərbi uğur deyildi, bu, siyasi iradənin, milli birliyin, diplomatik ustalığın və informasiya müharibəsində üstünlüyün məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan mövqeyi, faktlara söykənən çıxışları və qətiyyətli davranışı dünya ictimaiyyətinin diqqətini cəlb etdi və Azərbaycanın haqq səsini beynəlxalq arenada təsdiqlədi. Vətən müharibəsində Azərbaycanın şanlı Qələbəsinin şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər. Paradı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və fəxri qonaq qismində dəvət olunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdilər. Bu il, “Konstitusiya və Suverenlik İli”ndə isə Zəfərimizin beşinci ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Hərbi parad təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etməsi və çıxışları təsdiqlədi ki, Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı sarsılmazdır, əbədidir və strateji təməllər üzərində qurulub. Paradda Türkiyə və Pakistan hərbçilərinin nümunəvi keçidinin isə siyasi və rəmzi mənası var idi. Tarixi Zəfərimizin və suverenliyimizin tam bərpasının əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Tariximizə 8 Noyabr-Zəfər Gününün, 20 Sentyabr-Dövlət Suverenliyi Gününün daxil edilməsi qürurverici hadisələr sırasındadır. 

Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda Qarabağın və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Yeni yollar, tunellər, elektrik stansiyaları, su anbarları, hava limanları, yaşayış kompleksləri inşa olunur. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Qarabağın gələcək inkişaf modelini müəyyən edir. Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz doğma yurd-yuvalarına qayıdışı əsas prioritetlər sırasındadır. Statistik rəqəmlərə nəzər salaq. Beş il ərzində Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə 569 tədbirdə iştirak edib, müxtəlif təyinatlı 177 layihənin təməlini qoyub, 167 obyektin və infrastruktur layihəsinin açılışını edib. “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı”, 8 şəhərin Baş planı, 3 şəhərin isə Müfəssəl planı təsdiqlənib. Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanmış, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunmuşdur. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub. 2025-ci il 31 oktyabr tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20879 nəfərdən ibarət 5256 ailənin qayıdışı təmin edilib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində 2152 tələbə təhsil alır. Görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır və fəaliyyət göstərir. Bütün bunlar Azərbaycanın iqtisadi imkanlarının təqdimatı olmaqla yanaşı, qurucu xalq olduğunun təsdiqidir. 30 illik işğal dövründə dağıdılan, yerlə-yeksan edilən torpaqlarımız bu gün bərpa dövrünü yaşayır.

Bu gün Azərbaycan regionda yeni siyasi reallıqlar yaradan, sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən lider dövlətdir. Bu reallıqların müəllifi Prezident İlham Əliyevdir. Onun düşünülmüş xarici siyasəti Azərbaycanın müstəqil mövqeyini gücləndirmiş, ölkəmizi beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevirmişdir. Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik perspektivləri məhz Azərbaycanın təşəbbüsləri əsasında formalaşır.

Prezident İlham Əliyevin doğum günü Azərbaycan xalqı tərəfindən dərin hörmət, minnətdarlıq və qürur hissi ilə qeyd olunur. Cənab İlham Əliyevin liderliyi ilə müasir müstəqil Azərbaycan qalib ölkəyə çevrildi. Onun siyasi irsi, tarixi xidmətləri və dövlətçilik fəlsəfəsi gələcək nəsillər üçün örnəkdir. Azərbaycan xalqı əmindir ki, bu liderlik xətti ölkəmizi yeni zirvələrə aparacaq və müstəqil dövlətçiliyimizin möhkəmlənməsini təmin edəcək. 

Son 22 ilin uğurları Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə xalqa tarixi müraciətində ifadə etdiyi əminliyin təsdiqidir. Məhz bu əminliyə söykənərək cənab İlham Əliyev 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Ulu Öndər Heydər Əliyevə bu müraciəti etmişdir: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik”.

Son 22 ilin reallıqları bu vədin yüksək səviyyədə yerinə yetirildiyini nümayiş etdirir. Qalib Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edir, Zəfərdən-zəfərə doğru addımlayır. 

Yengibar ƏLİYEV

ARETN-nin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see166

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see139

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri