Icma.az
close
up
RU
Müasir cəmiyyət və qadın hüquqları İB yeni layihə icra edir

Müasir cəmiyyət və qadın hüquqları İB yeni layihə icra edir

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bütün dünyada olduğu kimi Azərbaycanda da boşanmaların sayı artan tendensiya ilə davam edir. Statistik məlumatlar ölkəmizdə nikahların pozulması  hallarının çoxaldığını göstərir və hər 3 nikahdan birinin boşanma ilə bitməsi ciddi bir sosial problem kimi dəyərləndirilir. 
Demokrat.az xəbər verir ki, boşanma hallarının artması cəmiyyət üçün xoş olmayan nəticələrə gətirib çıxarır. Nikahların pozulması səbəbəri kimi əsasən tərəflərin bir-birini başa düşməməsi, xasiyyət uyğunsuzluğu, ənənəvi qayınana-gəlin problemi, qısqanclıq, ailə daxili zorakılıq, maddi və psixoloji amillər göstərilir. Adətən əvvəllər boşanma hallarına rayonlarda az təsadüf olunurdusa, hazırda ucqar regionlarda da dağılan ailələr çoxdur. 
"Müasir cəmiyyət və qadın hüquqları" İctimai Birliyinin sədri Ayaz Əhmədzadə bildirir ki, ölkədə boşanma hallarının artdığını nəzərə alaraq təşkilatımız “Nikahın pozulması səbəblərinin hüquqi təhlili” adlı layihəni icra edir. Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir:
"Ailə dövlətin əsas dayaqlarından biri hesab olunur. Cünki ailə sosial tənzimləmə, insanların sosiallaşması, hüquqların və vəzifələrin öyrənilməsi üçün ilk məktəb rolunu oynayır və cəmiyyətin davamlılığı üçün vacibdir. Boşanmaların sayının azalması məqsədi ilə “Mediasiya haqqında” qanun qəbul edilib. Qanuna əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İlkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparılır. 
Ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.  Boşanmaların sayı artdıqca ölkədə kədərlə, psixoloji sarsıntı ilə böyüyən nəsil ortaya çıxır. Boşanan şəxslərin övladlarının həyatı tamamilə dəyişir. Valideynlər yenidən ailə qurub daha xoşbəxt həyata nail ola bilirlər. Amma uşaqlar ögey ata və ana himayəsində çətin adaptasiya olunurlar,  bəzən də nənə-baba ümidinə qalırlar, uşaq evlərində bir-birlərindən ayrı yaşayıb yadlaşırlar. Həmin uşaqlar psixoloji sarsıntı keçirərək, travma alaraq böyüyürlərsə, onlar yalnız öz həyatları üçün deyil, eyni zamanda cəmiyyətin keyfiyyət göstəricilərinə də mənfi təsir edirlər. Bu səbəbdən ailə quran gənclərin bir-birini tanıması, uyğunluq imkanlarını dəyərləndirməsi, birgəyaşayış qaydalarını, ailənin idarə olunması biliklərini əldə etmələri vacibdir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Oktyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see363

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see217

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see214

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see196

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see189

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see183

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see177

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see173

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see172

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see170

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see149

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see145

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see143

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see140

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see139

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see137

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see136

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see135

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see132

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri