Icma.az
close
up
RU
Müasir dövrdə savadlılıq anlayışı genişlənir

Müasir dövrdə savadlılıq anlayışı genişlənir

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 sentyabr, AZƏRTAC

1967-ci ildən etibarən hər il sentyabrın 8-i Beynəlxalq Savadlılıq Günü kimi qeyd olunur. UNESCO-nun təşəbbüsü ilə təsis edilən bu günün əsas məqsədi savadlılığın insan və cəmiyyətin inkişafındakı əhəmiyyətinə diqqət çəkmək, bütün insanların keyfiyyətli təhsilə və əsas savadlılıq bacarıqlarına çıxışını təşviq etməkdir.

Bu fikirlər Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin sədri Murad Ağalarovun AZƏRTAC-a təqdim etdiyi “Beynəlxalq Savadlılıq Günü: Müasir dövrdə savadlılıq anlayışı genişlənir” məqaləsində yer alıb. Məqalədə qeyd edilib ki, dünyanın sürətlə dəyişdiyi, rəqəmsal texnologiyaların və süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə savadlılıq anlayışı da genişlənib. Müasir savadlılıq oxumaq və yazmaqla yanaşı, informasiyanı anlamaq, təhlil etmək, düzgün qərar vermək, rəqəmsal resurslardan səmərəli istifadə etmək və öyrənilən bilikləri praktikada tətbiq etmək bacarığıdır.

Azərbaycanın bu sahədə göstəricilərinə gəldikdə isə, ölkəmizdə ümumi savadlılıq səviyyəsi yüksəkdir. Bu, ölkəmizin təhsil siyasətinin və uzun illər ərzində formalaşmış təhsil ənənələrinin mühüm nəticələrindən biridir.

Lakin hesab edirəm ki, bu gün bizim qarşımızda duran əsas məsələ artıq “insan oxuyub-yaza bilirmi?” sualı deyil. Əsas sual budur: insan oxuduğunu kifayət qədər anlaya bilirmi, təhlil edə bilirmi?

Məhz burada funksional savadlılıq məsələsi ön plana çıxır. Şagirdin bir mətni səsləndirərək oxuması kifayət deyil. O, həmin mətnin əsas fikrini müəyyənləşdirməli, nəticə çıxarmalı, müxtəlif məlumatları müqayisə etməli, suallar verməli və öz fikrini əsaslandıra bilməlidir.

Beynəlxalq qiymətləndirmələr də göstərir ki, Azərbaycanda bu istiqamətdə inkişaf üçün imkanlar böyükdür. Xüsusilə oxu savadlılığının, mətnlə işləmə və tənqidi düşünmə bacarıqlarının daha da gücləndirilməsi təhsil siyasətimizin əsas istiqamətlərindən biri olmalıdır.

Son illərdə Azərbaycanda məktəbəqədər təhsilin genişləndirilməsi, məktəbəhazırlıq imkanlarının artırılması, rəqəmsal təhsil resurslarının inkişafı, şagirdlərin bilik və bacarıqlarının beynəlxalq qiymətləndirmələr vasitəsilə öyrənilməsi istiqamətində mühüm addımlar atılır. Bu proseslər savadlılığın yalnız kəmiyyət deyil, keyfiyyət baxımından da inkişafına xidmət edir.

Xüsusilə rəqəmsal dünyanın yaratdığı yeni reallıqlar savadlılıq anlayışına yeni yanaşmanı zəruri edir. Bu gün uşaqlar böyük həcmdə informasiyanı internetdən və sosial şəbəkələrdən əldə edirlər. Buna görə də insan məlumatı sadəcə qəbul etməməli, onun mənbəyini, doğruluğunu və etibarlılığını da qiymətləndirə bilməlidir.

Digər mühüm məsələ isə oxu mədəniyyətidir. Savadlı cəmiyyət yalnız məktəbdə dərslik oxuyan cəmiyyət deyil. Kitab oxuyan, müzakirə edən, araşdıran, sual verən və yeni bilik əldə etməyə maraq göstərən cəmiyyət savadlı cəmiyyətdir.

Bu prosesdə məktəblə yanaşı, ailənin, müəllimin, kitabxanaların, medianın və bütövlükdə ictimai mühitin böyük rolu var. Uşaqlara kitab oxumağı sevdirmək, onları sual verməyə və düşünməyə təşviq etmək gələcək üçün mühüm investisiyalardan biridir.

Azərbaycan ümumi savadlılığın təmin edilməsi istiqamətində mühüm yol keçib. İndi isə hədəfimiz yüksək funksional, rəqəmsal, media və informasiya savadlılığına malik cəmiyyət formalaşdırmaqdır.

Müasir dövrdə savadlılıq anlayışı insanın informasiyanı dərk etmək, onu tənqidi təhlil etmək, əsaslandırılmış qərarlar qəbul etmək və dəyişən dünyanın tələblərinə uyğun olaraq bilik və bacarıqlarını davamlı şəkildə inkişaf etdirmək qabiliyyətidir.

Bu baxımdan, savadlı cəmiyyət yalnız çox bilən deyil, bildiyini anlayan, təhlil edən, tətbiq edən və yeni biliklərə açıq olan cəmiyyətdir. Azərbaycan təhsilinin qarşısında duran əsas vəzifələrdən biri də artıq yüksək ümumi savadlılıq göstəricilərini keyfiyyətli, funksional, rəqəmsal və tənqidi savadlılığın inkişafı ilə tamamlamaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri