Icma.az
close
up
RU
“Müasir terrorizm qlobal təhlükəsizlik sistemindəki boşluqlardan güc alır” ŞƏRH

“Müasir terrorizm qlobal təhlükəsizlik sistemindəki boşluqlardan güc alır” ŞƏRH

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Dünyada son illərdə terror aktlarının həm coğrafiyasının genişlənməsi, həm də daha mürəkkəb və texnoloji forma alması qlobal təhlükəsizlik sistemində ciddi boşluqların mövcud olduğunu göstərir. Mövcud beynəlxalq təhlükəsizlik arxitekturası müasir hibrid terror təhdidlərinə adekvat reaksiya vermək gücündə deyil və bu səbəbdən terror qruplarının fəaliyyət imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli genişlənib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bu boşluqların əsas səbəblərindən biri dünyanın müəyyən regionlarında dövlət idarəçiliyi institutlarının zəifləməsidir: "Dövlət nəzarətinin zəif olduğu ərazilər qeyri-qanuni silahlı qruplaşmalar və terror şəbəkələri üçün əlverişli mühit yaradır. Xüsusilə Yaxın Şərq, Afrika və Cənubi Asiyada yaranan “boz zonalar” terror qruplarının təşkilatlanması, silahlanması və hərəkət etməsi üçün faktiki təhlükəsiz sığınacaq rolunu oynayır.

Digər mühüm boşluq kiber məkanda nəzarətin yetərsiz olmasıdır. Bu gün terror qrupları hücumlarını təkcə fiziki mühitdə hazırlamır, eyni zamanda internet, sosial media və darknet vasitələri ilə koordinasiya edir, maliyyələşir və radikallaşma prosesini idarə edirlər. Kriptovalyutalar və anonim kommunikasiya kanalları bəzi dövlətlərin hüquqi alətlərini praktiki olaraq təsirsiz edir. Qlobal miqyasda vahid kiber-təhlükəsizlik standartlarının olmaması terror qruplarının fəaliyyətini daha da asanlaşdırır.

Bununla yanaşı, böyük dövlətlər arasında artan siyasi rəqabət də terrorizmin güclənməsinə dolayı şərait yaradır. Müxtəlif ölkələrin informasiya mübadiləsində kifayət qədər əməkdaşlıq etməməsi və etimad çatışmazlığı qlobal antiterror səylərinin koordinasiyasını zəiflədir. Bu vəziyyətdən isə ən çox terror qrupları faydalanır.

Müasir terrorizmin ən təhlükəli cəhətlərindən biri onların istifadə etdiyi texnologiyaların sürətli inkişafıdır. Kiçik ölçülü dronlar, kamikadze pilotsuz uçuş aparatları, mürəkkəb partlayıcı mexanizmlər, kiberhücum alətləri — bütün bunlar terror qruplarının hücumlarını daha az xərc və daha yüksək təsir gücü ilə həyata keçirməsinə imkan verir. Artıq terrorizmin təkcə fiziki deyil, həm də rəqəmsal müstəvidə fəaliyyəti xüsusi təhlükə yaradır.

Bu təhdidlərə qarşı effektiv müdafiə mexanizmləri formalaşdırmaq üçün beynəlxalq sistem bir sıra yeni addımlar atmalıdır. İlk növbədə, dövlətlər arasında real-time formatında kəşfiyyat məlumatı mübadiləsi gücləndirilməlidir. Kiber təhlükəsizlik sahəsində vahid hüquqi standartlar, texnoloji monitorinq mexanizmləri və koordinasiyalı müdafiə sistemləri yaradılmalıdır. Dron və pilotsuz uçuş aparatlarına qarşı radioelektron mübarizə sistemlərinin təkmilləşdirilməsi də prioritet addımlar sırasındadır. Eyni zamanda, sosial şəbəkələrdə radikallaşma kanallarının qarşısının alınması üçün süni intellekt əsaslı nəzarət mexanizmlərinin tətbiqi zəruridir. Müasir terrorizmin ən böyük dayaqlarından biri informasiya mühitidir və bu sahədə boşluqlar qalarsa, antiterror əməliyyatlarının effektivliyi tam təmin edilə bilməz. Nəticə etibarilə, bu gün dünyada müşahidə olunan terror təhdidlərinin artması təkcə radikal ideologiyaların deyil, həm də texnologiyaların inkişafı, qlobal siyasi parçalanma və dövlətlərin təhlükəsizlik sahəsində koordinasiya çatışmazlığının nəticəsidir. Qlobal sabitliyin qorunması üçün dövlətlər yeni dövrün reallıqlarına uyğun çevik, texnoloji və kollektiv təhlükəsizlik strategiyaları formalaşdırmalıdırlar. Bu həyata keçiriləcək təkmilləşdirmələr olmadan gələcək illərdə terror təhdidlərinin daha da mürəkkəbləşməsi qaçılmaz olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Noyabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri