Icma.az
close
up
RU
Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Apreldən sonra sevindirici xəbər ALACAQSINIZ

Müavinət və təqaüd alanlara ŞAD XƏBƏR: Apreldən sonra sevindirici xəbər ALACAQSINIZ

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan hökuməti sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırıb. Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixində imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncama əsasən, Nazirlər Kabinetinə üç ay müddətində müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflər hazırlamaq tapşırılmışdı. Artıq bu müddət başa çatdığı üçün yaxın aylarda rəsmi qərarların elan ediləcəyi gözlənilir.

Maraqlıdır, bu sahədə hansı artımlar olacaq?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, inflyasiya və hökumətin sosial siyasətinin genişlənməsi sosial müavinət və təqaüdlərin artırılmasını qaçılmaz edir. Onun sözlərinə görə, hökumət bu istiqamətdə ciddi addımlar atmağa hazırlaşır:

"2025-ci ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlər artırılıb və bunun üçün ehtiyatlar nəzərdə tutulub. Hökumətə bu istiqamətdə təkliflərin hazırlanması üçün verilən müddət artıq başa çatıb. Bu isə o deməkdir ki, ilin ikinci rübündə – yəni aprel-iyun ayları ərzində sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı qərarların şahidi olacağıq. Müavinət növlərindən asılı olaraq artımlar təxminən 10-15 faiz arasında dəyişə bilər. Bu, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından vacib addımdır”, – deyə iqtisadçı bildirib.

Xalid Kərimli əlavə edib ki, ölkədə minimum əməkhaqqı 16 faizə qədər artırılıb, yaşayış minimumu isə 5 faizdən bir qədər çox artıb:

"Hökumət inflyasiyanı, həmçinin vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsini nəzərə alaraq müavinət və təqaüdlərin artırılmasını planlaşdırır. Son 2-3 ildə inflyasiyanın təsirləri xüsusilə həssas təbəqələr üçün daha çox hiss edildiyi üçün, bu artımlar həmin vətəndaşların rifahına müsbət təsir edəcək".

Artımların hansı konkret müavinət və təqaüd növlərinə şamil ediləcəyi barədə hələlik rəsmi açıqlama olmasa da, əsasən aşağıdakı kateqoriyalar üzrə gözləntilər var. Hökumətin bu istiqamətdə hazırladığı təkliflər yaxın günlərdə açıqlanacaq və müavinət artımlarının hansı tarixdən tətbiq ediləcəyi bəlli olacaq. Vətəndaşlar isə artıq gözləmə mərhələsindədir və sosial rifahın artırılması üçün yeni qərarların elan ediləcəyinə ümid edirlər.

Aqil Qarayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://news24.az
archiveBu xəbər 25 Mart 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see204

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see172

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see143

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see138

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri