Icma.az
close
up
RU
MÜAVİNƏT VƏ TƏQAÜDLƏR NƏ VAXT ARTIRILACAQ? Deputatdan və ekspertdən AÇIQLAMALAR

MÜAVİNƏT VƏ TƏQAÜDLƏR NƏ VAXT ARTIRILACAQ? Deputatdan və ekspertdən AÇIQLAMALAR

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Bəlkə Prezident Nazirlər Kabinetinin təkliflərini geri qaytarıb?!”

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamının 2.2-ci bəndi hələ də yerinə yetirilməyib. Həmin sənəddə Nazirlər Kabinetinə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təklifləri üç ay ərzində Prezidentə təqdim etmək tapşırılmışdı. Bu müddətdən artıq ay yarım keçsə də, konkret nəticə yoxdur.

Nazirlər Kabinetindən “AzPolitika”ya bildirilib ki, aidiyyəti təkliflər artıq Prezident Administrasiyasına təqdim olunub.

Ekspertlər bildirirlər ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinin icrasında çətinliklər yarada bilər. Belə ki, 2025-ci ilin icmal büdcəsində neftin bir barrel üçün qiyməti 70 dollar nəzərdə tutulsa da, hazırda Azərbaycan nefti 64 dollara satılır. OPEC+ ölkələrinin hasilatı artıracağı təqdirdə bu qiymət daha da aşağı düşə bilər. Xatırladaq ki, 2025-ci ilin büdcəsində 15 milyard manatadək vəsait Neft Fondundan transfert yolu ilə təmin olunacaq.


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev “AzPolitika”nın sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabineti artıq təqaüd və müavinətlərin artırılması ilə bağlı təkliflərini Prezidentə təqdim edib: “İndi sərəncamın nə vaxt veriləcəyini biz deyə bilmərik, bu, yalnız ölkə başçısının qərarından asılıdır. Bəlkə Prezident Nazirlər Kabinetinin təklifləri ilə razılaşmayıb və onları geri qaytarıb? Hər halda düşünürəm ki, bu proses uzun çəkməyəcək və yaxın aylarda sərəncam veriləcək”.

Neftin qiymətinin düşməsi səbəbilə dövlət büdcəsinə yenidən baxılacağı və bu məsələnin də həmin çərçivədə həll ediləcəyi ehtimalına gəlincə, komitə sədri bildirib ki, bu artıq hökumətin səlahiyyətində olan məsələdir: “Biz bu barədə heç nə deyə bilmərik. Hansı qərar veriləcəksə, birlikdə görəcəyik”.

İqtisadçı Natiq Cəfərli isə “AzPolitika”ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti təkliflərini hazırlayıb və yaxın vaxtlarda artımlarla bağlı müzakirələrin başlanacağı gözlənilir:  “Çox güman ki, may ayının sonunda və ya iyun ayının əvvəlində Milli Məclisin iclasında büdcəyə əlavələr və dəyişikliklər müzakirə ediləcək. Həmin iclasda artımlarla bağlı təkliflərə də baxıla bilər. Lakin bunun üçün büdcə xərclərinin artırılması tələb olunur. Mənim ehtimalıma görə, yaxın 2–3 həftə ərzində bu barədə qərar veriləcək”.

Rasim Əliyev 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 May 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see282

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see153

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see141

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see136

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see134

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see132

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see129

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri