Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

Müavinət və təqaüdlərin artırılması ilə bağlı brifinq keçirilib

Müavinət və təqaüdlərin artırılması ilə bağlı brifinq keçirilib

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin imzaladığı 12 iyun 2025-ci il tarixli Fərmanla müavinət və təqaüdlərin artırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində brifinq keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev vurğulayıb ki, vətəndaş rifahının təminatı, sosial müdafiə sisteminin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətimizin başçısının Fərman və Sərəncamları ilə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketi icra olunub və bu islahatlar üzrə ayrılan illik əlavə vəsait 7,6 mlrd. manat təşkil edir.

Ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin əvvəlindən icra olunan sosial islahat paketi çərçivəsində əməkhaqqı və pensiyalarda edilmiş artımlar diqqətə çatdırılıb. Bildirilib ki, yeni Fərmanla müavinət və təqaüdlərin də artırılması təmin edilir.

Belə ki, bu il iyulun 1-dən şəhid ailəsi, 20 Yanvar şəhidinin ailəsi, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün Prezidentin aylıq təqaüdü 600 manatdan 700 manata, müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manatdan 600 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manatdan 500 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manatdan 400 manata çatdırılır.

Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 2000 manatdan 2200 manata, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdünün 1800 manatdan 2000 manata, Prezidentin fərdi təqaüdünün 1500 manatdan 1700 manata, uşağın anadan olmasına görə və dəfn üçün birdəfəlik müavinətlərin 500 manatdan 600 manata çatdırılması təmin edilir. Himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət 0-6 yaş arası uşaq üçün 395 manatdan 500 manata, 7-13 yaş arası uşaq üçün 415 manatdan 600 manata, 14-18 yaş arası uşaq üçün 435 manatdan 650 manata, əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 270 manatdan 300 manata, 61-80 faiz pozulmasına görə (II dərəcə) 220 manatdan 250 manata, 31-60 faiz pozulmasına görə (III dərəcə) 150 manatdan 180 manata çatdırılır.

Yeni Fərmanda həmçinin ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) gözdən əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdünün 300 manatdan 350 manata, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) əlilliyi olan şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla)  Prezidentin aylıq təqaüdünün 200 manatdan 250 manata çatdırılması nəzərdə tutulub. 

Eyni zamanda övladlığa götürülən hər uşağa görə aylıq müavinət 200 manatdan 240 manata, ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) 120 manatdan 140 manata, bir yaşınadək uşağı olan aztəminatlı (ünvanlı yardım alan) ailələrə aylıq müavinət (hər uşağa görə) 100 manatdan 140 manata, beşdən çox uşağı olan qadınlara aylıq müavinət (hər uşağa görə) 105 manatdan 140 manata, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət (hər uşağa görə) 120 manatdan 140 manata, valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət 120  manatdan 140  manata çatdırılır.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü də gələn ayın əvvəlindən 100 manatdan 120 manata, “Xalq” fəxri adına görə  təqaüdün 200 manatdan  300 manata, “Əməkdar” fəxri adına görə təqaüdün 150 manatdan 200 manata çatdırılır.

Ümumilikdə, bu ilin əvvəlindən icrasına başlanılan sosial islahat paketi 3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Brifinqdə media nümayəndələrinin sualları da cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see527

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see255

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see246

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see245

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see233

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see227

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see225

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see211

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see207

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see202

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see182

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see176

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see175

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see173

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see156

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri