Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Mübarək məkana ünvanıq: Tanrı duasında, arzu dəryasında...

Mübarək məkana ünvanıq: Tanrı duasında, arzu dəryasında...

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Bakı Dövlət Universitetindən yuxarıda — Mətbuat prospektində, az qala, elə Universitet boyda tələbə yataxanası yerləşir. Adətən Jurnalistika fakültəsinin tələbələri ənənəvi Quba səfərinə Universitetimizin önündən yola düşürlər. Amma indi fakültə müəllimlərimiz "Tələbə evi" qarşısında cəm oldular. Bu məqam mənə çox maraqlı və düşündürücü gəldi.

Həm də ilk dəfəydi ki, səhərin gül camalına son dərəcə heyranlıqla tamaşa edirdim. Yola düşməzdən öncə, səfərdən qayıdanda da Ustad müəllimimiz Cahangir Məmmədli hamımızı bağrına basdı. Beləcə, səfərimiz Universitetlə "Tələbə evi" arasında körpü rolunu oynayan yolla başladı. Və bizi ən əvvəl Bakı-Quba yolunun üstündəki "Körpü" restoranına gətirib çıxartdı.

Bu gün bəşər çapında milli-mənəvi dəyərlərin savaşı getdiyi məqamda, iki diametral ziddiyyət arasında insanlığın, saf duyğuların, səmimi hisslərin, həqiqi doğmalığın köhnəlmiş formasiyalardan qalmadığını elmi bilikləri, düşünən beyinləri, işgüzar və yaradıcı fəaliyyətlərilə isbata yetirən müəllimlərimlə süfrə arxasında birlikdə olmaq daxilimdəki məsuliyyət, həya məfhumunu daha qabarıq şəklə salmışdır. Masadakı ən ləziz nemətlərlə bərabər, Tanrının söz adlı nemətinə də "bismillah" deyildi. Bundan sonra elmi əsaslara, tarixi faktlara söykənən  söhbətlər, inkişafa istiqamətli mübahisələr mənə bir anlıq tələbə auditoriyalarındakı mühazirələri xatırlatdı. 

Vüqar Zifəroğlu Türk xalqları, onların ortaq dəyərləri, Azərbaycanın bu məsələdə ilk təşəbbüsündən, Nəmənd Rüstəmov 1948-1953-cü illərdə ermənilərin 150 min soydaşımızı dədə-baba torpaqlarından deportasiya etməsinin acı xatirəsi, haqq-ədalətin öz yerini tapması, tezliklə Türklərin halal-hümmət torpaqlarına qayıdacağının sonsuz inamından, Zaur Babayev yurd yerlərinin qədimliyi, tarixiliyi, Şamaxının müəyyən əsrlərdə təbii fəlakətlə üzbəüz qalması, dağılıb və yenidən dirçəlişindən, Cahangir Məmmədli ədəbi dilin milli orijinal normalarına münasibətdə həssaslığın vacibliyindən söz açdı. Əvvəla elə düşündüm ki, Ustadın ədəbi dilə münasibəti elmi müstəvidədir. Sonra anladım ki, ədəbi dil təkcə bədii əsər, elmi yazı dili deyil. İfadəli, obrazlı bədii dilin yaradıcısı, ən əvvəl xalqdır, yəni bu məsələ xalqın mayasında yoğrulur. Xalqın mayasında bir də kənd məhfumu vardır. Dünyanın sonunu bu anlayışın, dəyərin yoxa çıxmasında görən müəllimimiz ballı-qaymaqlı süfrənin hesabını ödəyəndə hiss etdik ki, bizə ikinci qonaqlığı elə kənddə verməsi üçün yaman tələsir.

Demək olar ki, ünvan başına da az qalmışdı. Əgər bayaq Bakıdan bura az gedib, üz gedib, dərə, təpə, düz gedib çatmışdıqsa, buradan kəndə isə az gedib, saz gedib çatdıq. Ustad müəllimimizin xudmani kənd evinin rəngi avazıyan darvazasını görəndə yadıma Elbrus Ərudun sadə müəllim həyatının xarakteristikasını ən incə detalına qədər yüksək dəqiqliklə işlədiyi essesi düşdü. İçəriyə daxil olanda hər məqamı həmin essenin xüsusiyyətlərilə xatırlayır, sanki yazıdakı ştrix-kodları açmağa çalışırdım.

Sevincli günlərdən idi. Xoşbəxt saatları yaşayırdıq. Bu səfərə, bu kənd həyatına, xoş günə xüsusi bir gözəlliyi, əvvəl Cahangir müəllimin nəvələri zənn etdiyim iki gözəl balalar bəxş edirdilər. Sonradan bildim ki, bu ağıllı balalar Samir Xalidoğlu və Nəmənd Rüstəmovun övladlarıdır. Onlar da valideynləri — ataları kimi bir-birinə münasibətdə olduqca mehriban, hədsiz doğma idilər. Çox keçmədi ki, ağıllı balalar mənim kim olduğumu soruşanda, Samir Xalidoğlu ürəklə səsləndi: "Əsgər bizim tələbəmizdir". Müəllimimin indiki zamandakı xitabı məni çox qürurlandırdı.

Zaur Babayev həmişəki kimi vaxt itirmədən samovarı işə salmağa başladı. İki ağıllı bala gilas və tut ağaclarından asılan yelləncəkdə qol-boyun olub, sanki qol-qanad açdılar, gülüşlərilə səfərə xoşbəxtlik qatdılar. Doğrusu bu yelləncəyi görəndə, Cahangir Məmmədlinin tələbələrə olan sevgisi qədər, həm də ağaclara olan doğma münasibətini müşahidə edəndə, bir məsələ büsbütün ağlımda canlandı. Çünki iki ağaca birləşən həmin yelləncək, həm də kənd adamını böyüdən yüyrük, beşik əvəzidir. Həm də insanlardan öncə bu dünyada ağaclar olub. Bu ağaclar da elə Tanrıdan insanlara yadigardır. Hamımız ağacların nübarından, şirin meyvəsindən daddıq. Sonra Sərdar Əsədzadə, mən və Cahangir müəllimlə birlikdə tut da çırpdıq. 

Müəllimlərimiz Vüqar Zifəroğlu və Mirakif Babayevin nərd oyunu maraqlı tamaşaya döndü. Oyunun sirri-sehrindən əməllicə hali olanları izləmək gözəl idi. Ən gözəli və təqdirəlayiqi də o idi ki, adətən nərdtaxtanın, dominonun adamı əsəbiləşdirən səsi eşidilmirdi. Oyunun duzu, istiotu öz yerində. Digər tərəfdə də təhsil sistemindəki yaradıcı və inzibati qabiliyyətləri, peşəkarlıqları ilə seçilən Xalidə Cavadova, Təranə Mahmudova, Aygün Qurbanova həm də "əllərinin duzu", süfrə mədəniyyətilə seçilirdilər... 

Təhsil yolumda Xalidə Cavadovanın və digər müəllimlərimin çox böyük zəhmətləri olubsa, bibim oğlu Gündüz Soltanzadənin də təhsil həyatında — tarix fakültəsində magistr təhsili aldığı dönəmlərdə Təranə Mahmudovanın əməyi olub. Bu məsələni bildiyim üçün, səfər zamanı Təranə müəlliməyə Gündüzün salamını, ehtiramını çatdırdım. 

"Qubada bir balaca yurd yeri"ndə özünün xoş ətrini, gözəlliyini qonaqlardan əsirgəməyən güllər də vardı. Maraqlıdır ki, bu güllərin üzərindəki qırmızı ləçəklər olduğu kimi qalmışdır. Güllərin sağında — iri ağ tut ağacının altında işığına yığışdığımız Ustad Cahangir Məmmədli və müəllimlərimizlə olan bir günlük "Bağ mövsümü" beləcə yekunlaşmaq üzrə idi. Xoş arzuların eşidildiyi, xoş görüşlərin ənənəvi olması diləyi və bir də Cahangir Məmmədlinin "...Müqəddəs anlayışlar içərisində YOL deyilən məfhum da vardır ki, biz bu yolla kəndə, indi də həmin yolla şəhərə qayıdacağıq. Yolumuz açıq olsun!" duası fonunda istiqamət alırıq üzü küləyə - badi Kubəyə... Qubada isə iri tut ağacı, onun çətir rolunu oynayan enli yarpaqlı budağı altındakı xoş ətirli qızılgüllərin növbəti səfərimizi səbirsizliklə gözləyəcəyinə əminəm... 

Əsgər İsmayılov, BDU Jurnalistika fakültəsinin məzunu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://adalet.az
archiveBu xəbər 17 İyun 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see184

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see127

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri