Icma.az
close
up
RU
Mübariz Mənsimov Türkiyədə klub alır? şok iddianın pərdəarxası

Mübariz Mənsimov Türkiyədə klub alır? şok iddianın pərdəarxası

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Türkiyə mediasında yayılan məlumatlara inansaq, bu ölkənin 2-ci liqasının çempionu “Serik Bələdiyəspor” klubunun səhmlərinin 50 faizi azərbaycanlı iş adamı tərəfindən alınır.

Adı açıqlanmayan biznesmen klub səhmlərinin yarısı üçün 4 milyon avro ödəyəcək. O, əvvəlcə "Antalyaspor"a müraciət edib. Lakin "qırmızı-ağlar" səhmlərinin paylanılması səbəbindən satışa uyğun gəlməyib. Buna görə də iş adamı "Serik Bələdiyəspor"a üz tutub. İki həftə əvvəl başlayan danışıqlar prosesində son addım iyunun 17-də atılıb.
İddialara görə, azərbaycanlı iş adamı klubu yenidən qurmağa başlayacaq. O, Mehmet Altıparmakın istefaya göndərilməsindən sonra boşalan baş məşqçi postuna əvvəllər Rusiya premier-liqasındakı komandalardan birinə rəhbərlik etmiş mütəxəssis gətirəcək. Bir qədər şübhəli görünsə də, bəlkə də söhbət Nazim Süleymanovdan gedir. Axı Mübariz Mənsimov “Xəzər Lənkəran”ı yaradanda da bu mütəxəssisə güvənmişdi.
"Serik Bələdiyəspor" da Antalya şəhərini təmsil edən klubdu. Klubu kimin alacağını təxmin edəndə ağla gələn ilk versiya Mübariz Mənsimovdu. İllər əvvəl Türkiyənin “Star” qəzetinə açıqlama verən biznesmen Antalyada dəniz və quru üzərində bir neçə biznesinin olduğunu bildirmişdi.
Görünən odu ki, iş adamı Antalyada klub almaqda israrlı olub. “Antalyaspor”u ala bilməyincə şəhərin digər təmsilçisi “Serik Bələdiyəspor”a üz tutub.
Qeyd edək ki, bu şəhərdə 10 mindən çox azərbaycanlı yaşayır.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 İyun 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri