Icma.az
close
up
RU
Mübariz Mənsimovdan azərbaycanlı tələbələrə müjdə 150 TƏLƏBƏYƏ BURS AYIRDI

Mübariz Mənsimovdan azərbaycanlı tələbələrə müjdə 150 TƏLƏBƏYƏ BURS AYIRDI

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə yaşayan Azərbaycan əsilli iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov Azərbaycandan olan tələbələrə növbəti təqaüd proqramını elan edib. 

Gununsesi.info – nun xəbərinə görə Türkiyənin müxəlif ali təhsil ocaqlarında təhsil alan 150 azərbaycanlı tələbəyə Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi adından 2024-2025-ci tədris ilində təqaüd veriləcək.

Qeyd edək ki, bu ənənə uzun illərdir davam edir.

Bu barədə Türkiyə vaxtıyla saat 19.00-dan etibarən “Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi”nin rəsmi saytından məlumat almaq mümkün olacaq.

Təqaüd proqramı Türkiyədə oxuyan tələbələrə dəstək olmaq və təhsillərini davam etdirmək üçün maddi yardım göstərmək məqsədi daşıyır. Qeyd edək ki, Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin təqaüdünə layiq görülənlər arasında şəhid, qazi və müharibə iştirakçılarının övladları, təhsildə yüksək nəticələr göstərən, həmçinin aztəminatlı ailələrdən və fevral ayında Türkiyədə əsrin fəlakəti olan zəlzələ bölgəsindən seçilmiş tələbələr var.

“Palmali Holding” şirkətinin və Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin təsisçisi və sədri, azərbaycanlı iş adamı və xeyriyyəçi Mübariz Mənsimovun yaxın vaxtlarda təqaüd qalibləri ilə görüşü və tələbələrə müvafiq sertifikatların şəxsən təqdim edilməsi nəzərdə tutulur. Bununla əlaqədar, tələbələr “Palmali Holding” şirkətinin ofisinə dəvət olunacaqlar.

Onu da qeyd etmək lazımdır ki, Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfinin rəhbərliyi 2024-2025 tədris ili üçün təqaüd proqramının qaliblərinə müraciət edib.

Müraciətdə deyilir:

“Əziz tələbələr,

Mübariz Qürbanoğlu Təhsil və Yardımlaşma Fondu 2024-2025 tədris ili üçün təqaüd

müraciətlərinizi qiymətləndirib. Ətraflı məlumat əldə etmək üçün

https://mgyardimlasmavakfi.org/2024-burs-sonuclari klikləməklə saytımıza daxil ola bilərsiniz.

Nəticələri öyrənmək üçün addımlar:

Yuxarıda qeyd olunan linkə klikləyin.

Açılan səhifədə TR ID Nömrəsi / Pasport Nömrəsi / Xarici ID Nömrəsi sahəsinə müvafiq

məlumatlarınızı daxil edin. Təqaüd nəticəsini “Sorğu” düyməsini sıxaraq öyrənə bilərsiniz.

VACİB QEYD: Nəticə ekranında görünəcək “Whatsapp Qrupu” linklərinə daxil olaraq qeyd olunan hər iki qrupa qoşulmalısınız.

Əziz tələbələr, yaradılan bu fürsəti dəyərləndirdiyinizə və müraciətinizə görə sizə təşəkkür edir və uğurlu tədris ili arzulayırıq.

Hörmətlə,

Mübariz Qurbanoğlu Eğitim və Yardımlaşma Vəqfi

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 Noyabr 2024 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri