Icma.az
close
up
RU
Müctəba Dərmiçilu İrandakı etirazlardan danışdı VİDEO

Müctəba Dərmiçilu İrandakı etirazlardan danışdı VİDEO

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu Baku TV-yə müsahibəsi zamanı "mozaik müdafiə" sistemi ilə bağlı sualları cavablandırıb.

Səfir İranda etiraz aksiyaları zamanı guya 32 min insanın öldürüldüyü barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.

"Bu 32 min rəqəmi qəti şəkildə düzgün deyil. Bilirsiniz ki, İran əleyhinə iyun ayından etibarən hibrid müharibə başladı. Onun birinci mərhələsi birbaşa hərbi hücum idi və bu proses 12 gün davam etdi. Plan belə idi ki, etirazçılar küçələrə çıxsın və onları himayə etmək bəhanəsi ilə İrana hücum edilsin, İranın siyasi strukturu zərbə altına alınsın və məhv edilsin", - deyə diplomat qeyd edib.

Müctəba Dərmiçilu İrandakı etirazlardan danışdı - VİDEO

Onun sözlərinə görə, etirazlar ölkədə iqtisadi siyasətdə dəyişikliklərlə bağlı yaranmışdı.

"Bu zaman bazar etiraz etdi. Prezident Pezeşkian bildirdi ki, problemlərin həlli üçün dialoq aparmaq və razılığa gəlmək lazımdır. Bir neçə gün sonra isə İran şahının xaricdə yaşayan oğlu insanları küçələrə çıxmağa çağırdı. İran polisinin etiraz edənlərə qarşı silahdan istifadə etmək hüququ yoxdur. Halbuki etirazçıların bəzilərinin əlində silah var idi", - deyə səfir bildirib.

Müctəba Dərmiçilu əlavə edib ki, baş verən hadisələr İranın əsas rəqiblərinin ABŞ və İsrail olduğunu göstərir.

"Bu hadisələr göstərir ki, İranın ən böyük düşməni özünü dünyada ən qüdrətli dövlət hesab edən ABŞ, həmçinin kəşfiyyat sahəsində güclü olduğunu düşünən İsraildir. Terrorçular İranın hüdudlarından kənardan ölkəyə daxil olublar və polisə qarşı silahdan istifadə ediblər. İki gecə ərzində 200 polis əməkdaşı öldürülüb", - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Azərbaycan dəfələrlə öz ərazisindən İrana qarşı heç bir hərbi əməliyyatda istifadə olunmayacağını bəyan etsə də, martın 5-də molla rejimi həyasızcasına Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edib. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Mart 2026 04:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see416

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see403

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see386

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see368

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see255

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see254

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see249

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see242

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see238

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see232

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see223

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see216

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see209

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see203

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see187

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see184

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see180

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see174

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see174

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri